Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 16:54:00
Zəlzələ Türkiyədə təhsil almaq istəyən azərbaycanlıların sayına təsir edəcək 

Türkiyədə baş vermiş 6 fevral tarixli dağıdıcı zəlzələdən sonra qardaş ölkədə təhsil alan bir çox azərbaycanlı tələbə və onların valideynləri narahatdırlar.

Qarşıdakı qəbul imtahanlarına hazırlaşan bəzi abituriyentlər artıq Türkiyədə təhsil almaq niyyətlərindən əl çəkiblər.

Belə olan halda, son hadisədən sonra Azərbaycandan Türkiyəyə təhsil almağa gedən tələbələrimizin sayında azalma müşahidə oluna bilərmi?

 

Sabiq deputat, təhsil üzrə ekspert Sona Əliyeva mövzu ilə bağlı AzEdu.az-a danışıb.

Müsahibimiz deyib ki, bu hadisələr tələbələrin xaricdə təhsil marağına ciddi təsir göstərməyəcək:

 

“Türkiyədə ali təhsil kifayət qədər keyfiyyətli, eyni zamanda, başqa ölkələrə nəzərən əlçatan və ucuzdur. Burada oxşar cəmiyyətlərdə yaşadığımızı, ortaq mənəvi dəyərlərə və mədəniyyətlərə sahib olduğumuzu, həm də dil baryerinin olmaması faktorunu da xüsusən vurğulamaq lazımdır. Əlbəttə, zəlzələdən sonra fikrini dəyişənlər olacaq, amma ciddi azalma olacağı qənaətində deyiləm. 

Gənclərin xaricdə təhsilə marağı böyukdür və ildən-ilə bu artır. Daha keyfiyyətli təhsil, geniş imkanlar və reallaşması mümkün fürsətlər baxımından bu artım davam edir”.