“İlin ixtisası” bu il Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisası oldu.
AzEdu.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə BANM-da ilk təfə tədris olunacaq bu ixtisasın orta balı 694 bal olub. İxtisas üzrə minimal keçid balı 685 baldır və bu ölkənin ən yüksək keçid balı hesab olunur.
“İnformasiya təhlükəsizliyi” ixtisasında 6 nəfər 700 ballı tələbə, 13 nəfər Prezident təqaüdçüsü təhsil alacaq.
Qeyd edək ki, “İlin ixtisası” artıq ikinci dəfədir ki, Bakı Ali Neft Məktəbinə aiddir. Keçən il bu status Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (PAM) ixtisasına aid olmuşdu. Belə ki, PAM-da 2017-ci ilin qəbul imtahanlarının nəticələrinə görə orta bal 691 olmuşdu.
kitabı