Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 12:00:00
Magistratura imtahanında bunlara diqqət etmək vacibdir - TÖVSİYƏ

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 19-da 18724 bakalavr üçün magistraturaya qəbul imtahanı keçirəcək. Bu səbəbdən normal olaraq, imtahan iştirakçıları arasında narahatlıq, stress müşahidə olunur.

 

Bəs imtahanda iştirak edəcək gənclər ən çox hansı məqamlara diqqət etməlidir? İmtahan iştirakçıları hansı səhvlərə yol verir?
 

Mövzu ilə bağlı məntiq müəllimi Rəşadət Şərifov AzEdu.az-a açıqlamasında tələbələrin ən çox diqqət etməli olduğu məsələlərdən söz açıb:

 

"İmtahan öncəsi tələbələr arasında narahatlıq olduğunu müşahidə edirik. Həyəcan, stresdən yalnız bir mövzuya fokslanır, digər mövzulara diqqət etmirlər. İmtahanda iştirak edəcək şəxslərə tövsiyə edərdim ki, yalnız bir mövzuya deyil, ümumilikdə bütün proqramın təkrarına vaxt ayırsınlar. İmtahan öncəsi ümumi sınaq imtahanları, testlərdən daha çox istifadə etsinlər.

 

Onlar imtahan günü özlərində gərginlik yaradırlar. "Suallar çox çətindir", "yaza bilməyəcəyik" kimi fikrlər özlərində formalaşdırırlar ki, bu da doğru deyil. Özlərinə inanmaqa, cəsarətli olmaqa çalışmalıdırlar. Diqqət yetirsələr imtahan sualları, onların daha öncə, hazırlıq zamanı çalışdıqları test sualları ilə eyni formatı təşkil edir. Tələbə imtahan öncəsi ilkin həyəcanını boğmağı bacarmalıdır. Bunlara diqqət edərlərsə, imtahan suallarını çətinlik çəkmədən həll edə bilərlər".

 

Müsahibimiz hazırda imtahan suallarının təşkilində heç bir dəyişikliyə ehtiyacın olmadığını bildirib:

 

"Hazırda imtahan suallarının təşkilində heç bir dəyişikliyə ehtiyac yoxdur. İmtahan suallarında  müyyən müddətdən bir dəyişiklik olunur. İnformatika üzrə imtahan sualları hər il müvafiq olaraq dəyişdirilir. Ötən il Windows, ofis proqramlarında ( Microsoft Word, PowerPoint, Excell ) dəyişikliklər edilib. Dövrün tələbinə uyğun olaraq müvafiq yeniliklər aparılır. Bu il, növbəti il üçün nəzərdə tutulan oxu, yazma bacarıqlarını sınamaq üçün yeni mətinlər əlavə olundu. Növbəti ildən oxu və yazı bacarıqlarını yoxlayan testlər də ləğv edilmiş olacaq".