Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 13:15:16
DİM-dən 18 yaşı bu il tamam olan abituriyentlərə ŞAD XƏBƏR

Orta məktəbi keçən il bitirən və 18 yaşı bu il aprelin 30-dan sonra tamam olan oğlan abituriyentlər qarşıdakı qəbul imtahanlarında iştirak edib-etməyəcəklərindən narahatdırlar.

 

Bəs 18 yaşı tamam olan oğlan abituriyentlər hansı halda qəbul imtahanında iştirak edə bilər?

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) müvafiq təlimatına əsasən, keçən il orta məktəbi bitirən və cari il aprelin 30-dək 18 yaşı tamam olan oğlan abituriyentlərin (həmçinin bu il kolleci bitirən və ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən, lakin 18 yaşı cari il iyulun 30-dək tamam olan kollec məzunlarının) elektron ərziələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat SHXÇDX-nin elektron məlumat bazasında əks olunmalıdır.

 

Keçən il orta məktəbi bitirən və 18 yaşı bu il aprelin 30-dan sonra tamam olan oğlan abituriyentlər isə özləri qeydiyyatdan keçərək qəbul imtahanlarında iştirak edə bilərlər. Onlardan hərbi xidmətə çağırışdan möhlətlə bağlı məlumat tələb olunmur.