Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 12:37:00
Müəllimlərlə bağlı yanlış informasiya yayanlar kimə xidmət edir…

Sosial mediada Türkiyəyə yardım üçün Bakının təhsil ocaqlarında çalışan müəllimlərin əməkhaqlarından məcburi tutulmaya dair paylaşımlar edilib. Həmin paylaşımlarda bildirilir ki, müəllimlərə maaşlarının müəyyən faizinin yardım üçün tutulacağı barədə xəbərdarlıq olunub və məktəblərdə onlara bununla bağlı ərizə yazdırılır. Daha sonra, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından bunun tamamilə yanlış informasiya olduğu və kampaniyanın məcburi deyil, könüllü xarakter daşıdığı bildirilib:

 

Bəs bu yanlış informasiyanı sosial şəbəkələrdə yaymaq istəyənlər kimlərdir? Onların bu yola əl atmaqda məqsədi nədir?

 

Mövzu ilə bağlı təhsil eksperti Elnur Hacıyev AzEdu.az-a açıqlamasında müəllimlərin aksiyada könüllü  iştirak etdiyini bildirib:

 

"Müəllimlərin könüllü şəkildə aksiyada iştirakına müsbət baxıram. Tarixə nəzər yetirdikdə bütün dövrlərdə Türkiyə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətinin olduğunun şahidi oluruq. Biz könüllü olaraq qardaş ölkəyə hər zaman dəstək olmağa hazırıq. Müəllimlərimiz də bu aksiyaya könüllü qoşulub. Yalnız pul yardımı deyil, geyim, ərzaq yardımı ilə də öz dəstəklərini göstəriblər.
O ki, qaldı məcburiyyət məsələsinə, sosial şəbəkələrdə bununla bağlı yanlış informasiyalar yayımlanır. Orta məktəbdə dərs deyən müəllim kimi deyə bilərəm ki, bu məlumatın heç bir əsası yoxdur. Bu, tamamilə yanlış informasiyadır. Könüllü olaraq müəllimlərimiz öz dəstəyini göstərib, şagirdlər də yazdıqları məkbubları yardım qutularının içərisinə yerləşdirib. Biz bunu təqdirəlayiq hal kimi qəbul etməliyik."

 

Müsahibimiz deyib ki, bu formada informasiyalar yayanlar sadəcə izləyici toplamağa çalışırlar:

 

"Təhsil sektoru ilə bağlı yazılar çox sayda izlənmə sayı qazandırır və bu müəyyən şəxslərin izləyici toplamaq üçün, maraq yaratmaqdan ötrü atdığı bir addımdır. Məsələ ilə bağlı heç bir müəllimdən bu formada məlumatlar əldə edilməyib. Bir müəllim olaraq tam əminliklə deyə bilərəm ki, bu düzgün informasiya deyil, heç bir şəxs müəllimlərdən məcburi şəkildə yardım tələb etməyib. Belə bir informasiyanın yayılması, bunun ictimailəşdirilməsi, sadəcə izləyici sayının artırılmasına, “layk” toplamağa xidmət edir".

Elnur Hacıyev onu da deyib ki, indiki məqamda yardım kampaniyalarına kölgə salan əsassız informasiyaların yayılması həm də düşmən dəyirmaına su tökmək deməkdir.