Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 17:08:00
Silahlı şəxs 3 tələbəni qətlə yetirdi

ABŞ-ın Miçiqan Universitetinin kampında silahlı şəxs avtomat silahdan tələbələrə atəş açaraq 3 nəfəri qətlə yetirib. Daha 5 tələbənin yaralandığı bildirilib.

 

AzEdu.az CNN telekanalına istinadən xəbər verir ki, silahlı şəxs polislə atışmada öldürülüb. Detroyt polisinin məlumatında qeyd olunub ki, 43 yaşlı bu şəxsin törətdiyi cinayətin səbəbləri araşdırılır.

 

İnsident zamanı yaralanan və Detroyt ştatının mərkəzi xəstəxanasına çatdırılan tələbələrdən ikisinin vəziyyətinin ağır olduğu deyilir.

 

Miçiqanda on dörd ay əvvəl də təhsil müəssisəsində silahlı insident baş vermişdi. Həmin vaxt bu ştatın Oksford məktəbində bir yeniyetmənin avtomat silahdan atəş açması nəticəsində 4 nəfər həlak olmuşdu. “Detroit News” qəzetində bununla bağlı dərc olunmuş məqalədə qeyd olunub ki, sakinlər, xüsusən universitet və məktəblərdə təhsil alanlar hər an silahlı hücum təhlükəsi ilə qarşılaşa bilərlər və ştatın qubernatoru qanunverici orqanla birgə təcili tədbirlər görməlidir.