Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-16 16:33:00
Jurnalist övladları I sinfə getdilər - FOTOLAR      

Sentyabrın 15-də Azərbaycanda 2018-2019-cu tədris ilinə start verildi. Rəsmi məlumatlara görə, bu il orta məktəblərdə ümumilikdə 1 milyon 592 min 317 şagird təhsil alacaq. Yeni tədris ilində respublika üzrə 165 min 780 şagird 1-ci sinfə gedib. Bunlardan 47 000 şagird Bakıda 1-ci sinfə qəbul olunublar.


AzEdu.az Modern.az-a istinadən, bu il 1-ci sinfə gedən şagirdlər arasında jurnalist övladları da var.

“AzeriDefence” jurnalının rəhbəri Rəşad Süleymanovun qızı Selcan bu il ilk dəfə məktəbə ayaq basıb.

ANS və “Real” TV-nin keçmiş əməkdaşı Orxan Məmmədli qızı Aylanı 1-ci sinfə yola salıb.

“Ölkə.az” saytının müxbiri İntiqam Valehoğlunun övladı Yusuf (ortada) da bu il məktəbə gedən 1-cilər sırasında olub.

“Mia.az” saytının redaktoru Zaur Əhmədin qızı Duyğu ilk dəfə məktəbin qapısını açıb.

Jurnalist Bahadur Seyidovun oğlu Uğur 1-ci sinifdə ilk zəng səsi eşidib.

Foodinfo.az qida xəbərləri portalının baş redaktoru Orxan Əli də qızını ilk dəfə 1-ci sinfə aparan valideynlər sırasında olub.

“Yeni Müsavat”ın köşə yazarı Dünya Sakitin oğlu Hüseyn 11 illik məktəb həyatı kimi uzun bir yola çıxıb.

“Open.az” saytının əməkdaşı Hafiz Heydərovun qızı Əminəxatun 1-ci sinfə qədəm qoyub.

“Xalq qəzeti”nin əməkdaşı Anar Turanın qızı Ayla da ilk dəfə məktəbli adına sahiblənib.

İTV baş direktorunun İctimai siyasi məsələlər və informasiya üzrə müavini Murad Hüseynov da şagird valideyni kimi sevinib, o qızını ilk dəfə məktəbə yollayıb.

Jurnalist Tural Səftərovun qızı Fidan bu il 1-ci sinfə gedən 6 yaşlıların sırasındadır.

Modern.az saytının əməkdaşı Mail Ağaxanovun əkiz qızları Əsma və Səma 1-ci sinif şagirdləri kimi ilk dərsin həyəcanını yaşayıblar.

Tanınmış jurnalist, yazıçı-publisist, saytımızın müəllif yazarı Mahir Qabiloğlunun iki nəvəsi – Qabil və Aynur 1-ci sinfə gediblər...

Həmkarlarımızın övladları da daxil, bütün 1-cilərə qarşıdakı uzun təhsil yolunda uğurlar arzulayırıq.