Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 14:45:00
Məktəblərdə yaradıcı fənlərə etinasız yanaşılır - TƏKLİF

Günümüzdə orta məktəblərdə tədris olunan, yaradıcılıq tələb edən fənləri lazımsız hesab edən insanların çoxluq təşkil etdiyinin şahidi oluruq.

 

Bəs valideyn və şagirdlərin bu fənlərə etinasız yanaşmalarının səbəbi nədir? Şagirdlər arasında bu fənlərə maraq yaradılması üçün hansı işlər görülə bilər? 

 

Mövzu ilə bağlı peşəkar arfa ifaçısı Pərvin Əşari AzEdu.az-a açıqlamasında insanlar arasında bu yöndə marifləndirmə işlərinin aparılmasını vacib hesab etdiyini bildirdi:

 

"Şagirdlər və valideynlər bu fənlərə adi yanaşırlar, bu da düzgün hesab edilə bilməz. İnsanların bu yöndə maariflənməsinə ehtiyac duyulur. Valideynlər bu fənlərin önəmini anmaqda çətinlik çəkir. Bunu sadəcə valideynlərlə də əlqələndirmək doğru olmaz. Hazırda bir çox fənn müəllimlərinin dərsliklərdəki yeniliklərdən xəbərsiz olduğunu görə bilirik. Biz musiqi fənn dərsliklərinə çox sayda milli, vətənpərvərlik ruhunda musiqilər əlavə etmişik, lakin bunun insanlar arasında maraqsız qarşılandığının şahidi oluruq. Məktəblərdə yaradıcı fənlər üçün ayrıca otaqların yaradılmasının effektiv olacağını düşünürəm".

 

P.Əşari bununla bağlı valideyn və müəllimlərin diqqətsiz yanaşdığı məsələlərə diqqət çəkib:

 

"Bu fənlərlə bağlı hazırda yetərincə kadr olduğunu düşünürəm. Bunların arasında işini düzgün tədris edən müəllimlər yanaşı, işinə etinasız yanaşan pedaqoqlar da var. Valideynlər övladlarında bu fənlərə maraq oyatmağa çatlışmalıdır. Bu fənlər üçün kifayət qədər informasiya əldə edə biləcəyimiz dərsliklər var. Valideyn övladını kiçik yaşlarında teatra, konsertə aparmalıdır. Yəni burada yalnız müəllimləri günahlandıra bilmərik, öncə valideyn övladında fənlərə maraq oyatmalı, daha sonra müəllimlər qoyulan binövrəni möhkəmlətməlidir. Bizdə bu balansın pozulduğunun şahidi oluruq".