Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 12:13:00
Məktəblərdə təmayülləşmə aparılmalıdır - TƏKLİF

Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlərin əksəriyyəti ixtisas seçimi edərkən, məqsədinə görə yox, ixtisas qrupunda olan fənnlərin rahat, yaxud çətin olmasına görə qərar verir və topladığı bala uyğun olaraq ixtisas seçimi edir.

 

Bəs bu, gələcəkdə hansı fəsadlara yol aça bilər? Bu problemi aradan qaldırmaq üçün məktəblərdə hansı işlər görülə bilər? Həmin şəxslər gələcəkdə ixtisası üzrə uğur əldə edə bilərmi?

 

Mövzu ilə bağlı tarixçi müəllim Arif Gürşadoğlu AzEdu.az-a açıqlamasında abituriyentlərin əksəriyyətinin ixtisas seçimi edərkən bu səhvə yol verdiyini bildirib:

 

"Təəsüflər olsun ki, abituriyent məqsədinə uyğun yox, gücünə görə ixtisası seçimi edir. Bunun çox təhlükəli tendensiya olduğunu düşünürəm. Eyni zamanda, bu, təhsilin, elmin gələcəyi üçün də təhlükəli hesab edilir. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi gecikmədən məsələ ilə bir qərar qəbul etməlidir. Yaxın zamanda təmayülləşmə yaradılmalıdır, şagird IX sinfi bitirdikdən sonra öz istəyinə uyğun (valideynlərinin, yaxınlarının istəklərinə uyğun yox) qərar verməli və həmin təmayüllərə yerləşdirilməlidir. Təmayüllərə yerləşdiriləkən, xüsusi bir müsabiqədən keçirilməsi şərtdir. Təəssüflər olsun ki, dəqiq elmlərə gedən abituriyent, həmin elmi sevdiyi üçün yox, orada humanitar elmlər yoxdur deyə seçir. Düşünürəm ki, məsələ kompleks şəkildə həll olunmalıdır. Amma bunun günümüz üçün o qədərdə asan məsələ olduğunu düşünmürəm. Nə bölgələr, nə də paytaxt məktəbləri bu təmaülləşməyə uyğun deyil. Bunun üçün şagirdlər arasında aşağı siniflərdə maarifləndirmə işləri aparmalıdır. Şagird ixtisası öz gücünə uyğun yox, məqsədinə uyğun seçməlidir. Məsələnin bu yolla həll olunacağını düşünürəm".

 

A.Gürşadoğlu bu şəkildə ixtisas seçimi edilərsə, onun gələcəkdə yarada biləcəyi fəsaddan söz açıb:

 

"Abituriyent gələcəkdə ya öz peşəsini sevməyəcək, ya da hansısa bir maddiyata görə sevmək məcburiyyətində qalacaq. Bu məsələ yalnız şagirdlər ilə yekunlaşmır. Məsələyə Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi yenidən baxmalıdır. Qəbul prosesini müəyyən qədər sadələşdirib, təhsil prosesini çətinləşdirmək lazımdır" - deyə, o qeyd edib.