Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 11:34:00
Küveytdə təhsil almağın üstünlükləri nələrdir...

Əminliklə deyə bilərik ki, bir çox gəncin arzusu xaricdə təhsil almaqdır. Son illərin statistikasına da nəzər salanda görürük ki, xaricdə təhsil almağa olan maraq və tələbat son dərəcə artıb. Bunun ən başlıca səbəblərindən biri xaricdə təhsilin yüksək səviyyədə savadlı və peşekar pedaqoqlar tərəfindən müasir texnologiya və avadanlıqlar vasitəsilə tədris olunmasıdır. 

 

AzEdu.az bu dəfə Küveytdə təhsil almağın üstün cəhətlərini təqdim edir:

 

Küveyt təhsil sahəsində dövlət məktəblərinin pulsuz olması, uşaq bağçasından başlayaraq 12 illik icbari təhsilin olması və universitetə qəbul imtahanının mövcud olmaması ilə seçilir.

 

 

Küveytdə ABŞ, İngiltərə, Avstraliya, Hindistan və Pakistanın universitetləri var. Xüsusən də bu universitetlərlə ölkənin ali təhsili ən yüksək səviyyələrə çatıb. Küveytdə bu ölkələrin universitetlərində çox məşhur mühazirəçilər dərs deyir.

 

 

Bundan əlavə, ölkədəki xaricə məxsus təhsil ocaqları təkcə universitet deyil, uşaq bağçalarından başlayaraq bütün səviyyələrdə ingilis və amerikan məktəbləri var. Universitetə keçid zamanı tələbələri öz qiymətləndirmə sisteminə görə yerləşdirirlər. Bu səbəbdən ailənizlə birlikdə Küveytdə yaşamağa hazırlaşırsınızsa, uşağınızı İngiltərədə və ya Amerikada oxuyurmuş kimi oxutdura bilərsiniz. Üstəlik, bu ölkələr Küveytdəki təhsili özlərinin verdikləri təlimlə bərabər tuturlar.

 

 

Küveytdə bir neçə universitetin çoxlu tələbə şəhərcikləri var. Bu şəhərciklər arasında nəqliyyat vasitələrindən istifadə pulsuzdur. Tələbə yataqxanalarında əsasən dadlı yeməklər verilir və ərzaq qiymətləri ölkə üzrə orta qiymətdən xeyli aşağıdır. Avtomobili olan tələbələr üçün bütün şəhərciklərdə  qapalı dayanacaqlar var. Bundan əlavə, hər yataqxananın öz kitabxanası var. Bu kitabxanalarda xarici dillərdə, xüsusən də ingilis dilində olan əsərlərə geniş yer verilir. Ölkənin idarəetmə tərzinə görə kitabxanalarda qarışıq dərslərə icazə verilmir.