Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-16 14:30:00
“İlk dərs günləri birincilər üçün qorxunc ola bilər” –Psixoloqdan valideyn və müəllimlərə vacib tövsiyələr

Yeni dərs ilində məktəbə ilk dəfə addım atacaq uşaqlar çətinliklər yaşaya bilər. Psixoloq Selin Karabuludbildirib ki, “oyun dövrü”ndən hələ çıxmamış uşaqlar üçün məktəbin ilk günləri qorxunc ola bilər. Bunun üçün həmin uşaqlara müəyyən vaxt vermək lazımdır.

AzEdu.az uşaqlara dəstək üçün valideynlərin etməli olduğu vacib nüansları diqqətinizə çatdırır:

Ailəsindən ayrılmaq istəməyən uşaqlar çətinliklər yaşaya, məktəbin ilk günlərini qəbul etməyə bilərlər. Uşağın məktəbə öyrəşməsi prosesində valideynlərinə və ətrafındakıların üzərinə olduqca mühüm vəzifələr düşür.

Ailədən çıxıb fərqli sosial ətraf mühitə addım atmaq və o dairənin bir parçası halına gəlmək hələ oyun dövründən çıxmamış bir uşaq üçün çətin görünə bilər. İlk gün böhranlarının həlli, hadisələri təbii qarşılamaq və səbrləgözləməkdən keçir. Bu dövrdə uşağınıza vaxt verin, güzəştə gedin.

Məktəbin ilk günlərində valideyn sakit və soyuqqanlı olmalıdır. Uşağı ən yaxşı tanıyan valideynləridir. Buna görə, ata və ana uşağı sakitləşdirmək üçün  müxtəlif yollardan istifadə etməlidir.

Uşaq məktəbdə ilk dəfə başqaları ilə qarşılaşır. Ailələr məktəb başlamazdan əvvəl uşaqlarına məktəb haqqında danışmalıdır.

Uşağın məktəbə getməsi məsələsində ailənin hər üzvü ardıcıl mövqe tutmalı və uşağı ruhlandırmalıdır.

Azyaşlı ilə hər zaman açıq və aydın danışılmalıdır; qorxursa səbəbləri və narahatlıqları aydınlaşdırılmalıdır. Nitqdə qətiyyən təhqiredici və alçaldıcı münasibət göstərilməməlidir.

Uşaqlar adətən valideyndən, evdən ayrılma və qeyri-müəyyənliyin verdiyi qayğı ilə əlaqədar qorxurlar. Uşağa, "Səni başa düşürəm və buna görə səni günahlandırmıram” mesajıverilməlidir.

Uşaqlar üçün ən vacib şey etimaddır. Ana və ataların da uşağa güvən verməsi lazımdır. "Buradayam", "Çıxışda səni gözləyəcəm, "Məni görəcəksən", "Qapıda olacağam" kimi cümlələr, uşağı sakitləşdirə bilər.

Başqa uşaqların yaxşı nümunə kimi göstərilməsi müsbət nəticələr ortaya çıxarmaz.

Məktəbin ilk günlərində və sonra məktəb və müəllimlə iş birliyi vacibdir.

Bunların xaricində hələ də uşaq həddindən artıq bir qorxu yaşayırsa, mütləq peşəkar yardım alınmalıdır.