Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 21:42:49
Zəlzələdən zərərçəkənlərə psixoloji xidmət - ÖDƏNİŞSİZ

Azərbaycan Psixologiya Akademiyası Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərərçəkənlərə ödənişsiz terapiyaların keçirilməsinə başlayır.

 

Azedu.az xəbər verir ki, bunu Akademiyanın rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev deyib. 

 

O qeyd edib ki, bunu özlərinə borc bilirlər: “Akademiyamızın əməkdaşı, psixoloq Səbinə Cəbrayılova Azərbaycan könüllərinin heyətində Türkiyəyə gedib və hazırda zəlzələ bölgəsindədir.

 

Düşünürük ki, zəlzələni yaşamış, hazırda Azərbaycana təxliyə olunan insanlarımızın müəyyən psixoloji xidmətə ehtiyacları var. Dövlətimiz bu məsələdə lazım olan hər bir addımı atır. Biz də bu işdə öz imkanlarımızı təklif edirik. Zəlzələdən zərərçəkən insanlarımıza Akademiyanın peşəkar psixoloqları xidmət göstərəcək.

 

Bu həssas vaxtda Azərbaycan Psixologiya Akademiyası öz peşəkar komandası ilə insanlarımızın xidmətindədir”.

 

Əlaqə telefonu: +994508228223