Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-16 13:35:00
Sabah  İlahiyyat İnstitutunun açılış mərasimi keçiriləcək

17 sentyabr 2018-ci il tarixində saat 09:00_ da Azərbaycan İlahiyyat İnstitutunun açılış mərasimi keçiriləcək.

İnstitutdan AzEdu.az-a verilən məlumata əsasən,  mərasimdə Prezident Administrasiyasının millətlərarası multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkili Siyavuş Novruzov, Türkiyə Diyanət Vəqfi 29 Mayıs Universiteti İdarə Heyətinin sədri Tayyar Altıkulac, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak edəcək.