Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 10:33:00
Repetitor seçimində bu xüsusiyyətlərə diqqət yetirilməlidir

Bu gün orta təhsil məktəblərində uşaqlara verilən təhsilin keyfiyyəti ilə razı olmayan valideynlər yetərincədir və onlar öz uşaqlarını daha savadlı yetişdirmək üçün özəl müəllimlərin, repetitorların xidmətinə müraciət edirlər. Amma indi valideynin və uşağın tələblərini yerinə yetirən repetitor tapmaq o qədərdə asan deyil. Hələ uşaqları orta məktəbdə oxuyan valideynlər tədris ili boyu bu və ya digər fənn üzrə repetitor axtarışında olurlar. Bundan sonra universitetə hazırlaşmaq mərhələsi gəlir və burada proses daha da çətinləşir. Çünki universitetə hazırlayan müəllimlər pedoqoq olmaqla yanaşı, həm də savadlı, tədris etdiyi fənni bilən mütəxəssis olmalıdır. Bundan sonra isə müəllimin təqdim etdiyi xidmətin valideynin imkanlarına uyğun gəlib-gəlməməsi barədə düşünmək lazım gəlir.

 

AzEdu.az repetitor seçimi edən zaman diqqət olunmalı məsələləri təqdim edir:

 


Valideynlərin repetitor seçimi zamanı rastlaşdığı problemləri saymaqla qurtarmaq olmaz. Biz Respublikada təhsil sahəsində fəaliyyət göstərən yetərincə tanınmış təhsil portalı olaraq orta məktəb və universitetləri, təhsil, təlim, tədris sahəsi ilə əlaqədar bütün məsələləri işıqlandırmağa çalışırıq. Repetitor – valideyn münasibətləri də bizim mütəmadi müraciət etdiyimiz mövzulardandır. Bu günkü təhlilimizdə biz qadın və ya kişi repetitordan hansının daha uyğun seçim olması barədə danışmaq və ekspertin fikrini təqdim etmək istərdik.

 


Təbii ki, bir mənalı olaraq qadının və ya kişinin daha yaxşı repetitor olması barədə danışmaq mümkün deyil. Yetərincə savadlı, ziyalı, öz işini dərindən sevən həm qadın , həm də kişi müəllimlərimiz, pedoqoqlarımız var. Amma mütəxəssislər orta məktəb şagirdləri üçün, xüsusilə aşağı sinif şagirdləri üçün repetitor seçərkən qadın müəllimlərə üstünlük verirlər. Çünki uşaqlarla qadın müəllimlərin işləməsi daha uğurlu alınır. Orta məktəbin yuxarı sinifləri və ali məktəblərə hazırlaşmaq üçün isə daha çox kişi müəllimlərinə üstünlük vermək lazımdır. Çünki böyük yaşlı uşaqlar kişi müəllimlərini daha tez qavrayır və ciddi qəbul edirlər. Burada bizim mentalitetimizə uyğun böyükdən qorxmaq hissi də öz rolunu oynayır.

 


Bakı Dövlət Universitetinin dosenti, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru Əlimusa İbrahimovun dediyinə görə bakalavr pilləsini bitirib magistraturaya hazırlaşan tələbələr üçün repetitorun qadın və ya kişi olması elə də ciddi əhəmiyyət kəsb etmir. Onlar bu və ya digər fənn üzrə daha çox nüfuz qazanmış və şəxsən təmasda olduqları müəllimlər içindən özləri üçün repetitor seçirlər.