Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-16 12:30:00
Nüfuzlu universitetdən milyonlarla sənəd oğurlandı

İran hakerləri Böyük Britaniyanın ən nüfuzlu universitetlərindən milyonlarla sənəd oğurlayıblar.

AzEdu.az “The Daily Telegraph”a istinadla xəbər verir ki, hakerlər kibertəhlükəsizlik və atom elektrik stansiyalarına aid sənədləri oğurlayıblar.

Qeyd olunur ki, sözügedən sənədlər bir neçə farsdilli saytda satışa çıxarılıb.

Hakerlərin “qurbanları” sırasında məşhur Oksford və Kembric universitetləri də var.