Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-10 15:11:00
İmtahan öncəsi hər bir valideynin bilməli olduğu vacib nüanslar - PSİXOLOQ

Hər kəs övladının özündən bir addım öndə bir həyat yaşamasını istəsə də, bu cür gözləntilər uşaqların üzərindəki stressi və məsuliyyəti artıra bilər. Əksər valideynlər çox vaxt övladlarına ixtisas seçimi edən zaman psixoloji təzyiq göstərirlər. Valideyn idealı ilə uşağın idealı uyğun gəlməyəndə problemlər başlayır.

 

Bəs hədəfi valideyn, yoxsa abituriyent özü müəyyən etməlidir? Uşaqlar üçün qarşıya qoyulan yüksək məqsədlər gələcəkdə hansı problemlərə yol aça bilər? Valideyn bu dönəmdə övladına nə cür dəstək olmalıdır?

 

Mövzu ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Nigar İsmayılzadə AzEdu.az-a açıqlamasında valideynlərin bilməli olduğu vacib nüansları vurğulayıb:

 

 Açıklama yok.

 

"Hər bir halda hədəf şagirdin potensialına əsasən müəyyən edilməlidir. Biz valideynlər arasında belə bir yanaşma müşahidə edirik ki, övladlarından öz istəklərinə uyğun olan peşə seçmələrini tələb edirlər. Valideyn hər bir uşağın müəyyən potensialının olduğunu nəzərə almalıdır. Bu potensialı müəyyən etmədən valideyn övladını mən istəyirəm deyə, ixtisas seçimi etməyə təhrik edə bilməz.

 

Bir uşağın qan qorxusu var, amma valideyn ondan həkim olmasını tələb edir. Bu yöndə istiqamətlənən şagird təbii ki, gələcəkdə uğur qazana bilməz. O, universitet təhsilini tamamlamaqdan imtina edə yaxud, gələcəkdə bu sahə üzrə çalışmaqdan imtina edə bilər. Bu da gələcəkdə həmin şəxsdə psixoloji problemlərin yaranmasına səbəb ola bilər".

 

Psixoloq valideynlərin çox zaman nəzərə almadıqları məsələlərdən söz açdı:

 

"Valideyn övladının potensialını müəyyən etdikdən sonra ona ixtisas seçimində dəstək olmalıdır. Təbii ki, ixtisas seçimində övladları ilə birgə qərar qəbul etmək şərti ilə. Əsas şagirdin potensialı və irəliləmək istədiyi istiqamətdir. Valideyn öncəliklə övladını dinləməli, gələcəkdə özünü hansı sahədə görmək istədiyini müəyyən etməlidir. İnsan sevdiyi bir sahədə çalışarkən yorulmadan, daha peşəkar səviyyətə fəaliyyət göstərir və daim inkişaf etmək üçün can atır. Övladlarını dinlədikdən sonra ehtiyac olarsa, məsələ ilə bağlı mütəxəsisdən dəstək ala bilərlər.

 

İnsan elə bir varlıqdır ki, hər yaş dövründə psixoloji təsirə məruz qala bilər. Bu insanın şəxsi keyfiyyətindən aslıdır. Elə insan var ki, ona uşaq yaşlarından psixoloji təzyiq göstərmək mümkün deyil, elə insanda var ki, yetkinlik yaşında olsa belə ona psixoloji təzyiq göstərmək çox rahatdır".