Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-10 12:37:00
Sınaq imtahanları abituriyentləri bu səhvlərdən xilas edir-FAYDALARI 

Ali təhsil müsəssisələrinə hazırlaşan abituriyentlər üçün hər il mütəmadi olaraq sınaq imatahanları təşkil edilir. Zamanla həyəcanlanma, kodlaşdırmada səhv etmə, sualları düzgün oxuma vacibliyi və bu kimi digər məqamlar abituriyentlər üçün doğmalaşır. Abituriyentlər sınaq imtahanlarında qazandıqları vərdişlər hesabına həm həyəcanlarının öhdəsindən gəlməyi öyrənir, həm də bilik və bacarıqlarının hansı səviyyədə olduğunu müəyyənləşdirirlər.

 

Bəs sınaq imtahanlarında iştirak etmək istəyən abituriyent hansı məqamlara diqqət etməlidir?

 

Mövzu ilə bağlı riyaziyyat fənni üzrə repetitor müəllim Elmar Abbasov AzEdu.az-a açıqlamasında bir neçə zəruri məsələləri önə çəkib:

 

"Sınaq imtahanına gedən şəxs tədris proqramını özü üçün müəyyən etməlidir. Abituriyent tədris proqramında bölgülər aparmalı və ona əsasən sınaq imtahanında iştirak etməlidir. Dövlət İmtahan Mərkəzi hazırda sınaq imtahanlarının təşkilində aktiv iştirak etmir. Abituriyentlər hər ay sınaq imtahanında iştirak etmək istədikləri üçün, hazırlıq kurslarının təşkil etdiyi sınaq imtahanlarına üz tuturlar".

 

E.Abbasov hər bir abituriyentin bilməli olduğu vacib məqamları vurğuladı:

 

"Sınaq imtahanlarının mütəmadi olaraq keçirilməsini zəruri hesab edirəm. Sınaq imtahanı zamanı abituriyent bilmədiyi, yaxud bildiyini zənn etdiyi, bildiyini düşünüb, əslində bilmədiyi proqramları müəyyən edir. Abituriyent aylar öncə öyrəndiyi dərsi zamanla unudur və onu yenidən təkrar etməsi üçün zərurət yaranır. Abituriyent sınaq imtahanı zamanı öyrəndiyi məlumatı təkrar etmiş olur".

 

 

Müəllim son olaraq buna baxmayaraq Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi sınaq imtahanlarının hazırlıq kurslarına nisbətən daha effektiv və əhatəli olduğunu qeyd etdi.