Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-10 13:54:00
Magistrə qəbul imtahanları ləğv olunmalıdır - TƏKLİF

Ölkəmizdən bir çox tələbənin təhsil üçün xarici ölkələrə üz tutmasının səbəbi bu ölkələrin ali məktəblərində imtahansız, sadəcə bakalavr nəticələri ilə magistr pilləsinə qəbul olmaq imkanlarının mövcudluğudur. Bu sistemin ölkəmizdə də öz vətəndaşlarımıza tətbiq olunması mümkündürmü?

 

AzEdu.az mövzu ilə bağlı əməkdar elm xadimi, professor Şahlar Əsgərovun fikirlərini öyrənib.

 

Magistr imtahanlarının ləğv olunması doğru olarmı?

 

“Tələbələrimiz ali məktəbin ilk pilləsi olan bakalavr pilləsinə qəbul olmaq üçün imtahan verirlər. Fikrimcə, ali təhsilin davamı üçün bu qiymətləndirmə kifayət edir.  Çünki məntiqi olaraq magisturatura ali təhsilin son pilləsidir, yeni təhsil pilləsi deyil. Deyərdim ki, magistratura pilləsinə qəbul imtahanlarının təşkilinin əsas səbəbləri şəxsi mənafe və düşüncə qıtlığıdır.

 

Sualınıza gəldikdə isə hazırki magistr qəbul şərtlərində dəyişiklik olmalıdır. Fikrimcə, magistraturaya qəbul imtahanlarının ləğv edilməsi daha doğru olar. Çünki faydasından ziyanı daha çoxdur. Qəbul prosesində rəhbər olan alimin razılığı kifayətdir”.