Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-16 09:41:00
Valideynlərin diqqətinə-uşaqlarda kitab oxuma sevgisini artıracaq 9 üsul

Uşaqlara aşağı yaşlarından həyatı boyu sürəcək bir kitab oxuma sevgisinin inkişaf etdirilməsi üçün olduqca kritikdir və bunun üçün heç bir yaş tez deyil.

AzEdu.az oxumağa maraq yaradan 9 metodu təqdim edir:

Uşağınıza hər gün mütləq kitab oxuyun. Birlikdə  keçirəcəyiniz vaxtda “oxu” zamanı da yaradın.

Kitabda gördüyü hər şeyin adını deyin, ya da yeni bir ad çıxarın. Maraqlı adlar və obyektlər haqqında danışaraq uşağınızın söz ehtiyatını inkişaf etdirin. Məsələn, "Bu təyyarəyə bax! Bunlar təyyarənin qanadlarıdır. Səncə, niyə onlara qanad deyilir"? deyərək uşağınızın bu sözü unutmamasını təmin edin.

 Uşağınıza onunla kitab oxuyarkən nə qədər zövq aldığınızı tez-tez deyin. Bərabər keçirəcəyiniz kitab oxuma vaxtının sizin üçün günün ən favorit hissəsi olduğunu deyin.

Kitabı aydın və təsirli ahənglə oxuyun. Uşağınıza kitab oxuyarkən monoton bir ton istifadə etməyin. Hekayəni yumor, sadə canlandırma texnikaları və jestlərlə bəzəyərək daha təsirli hala gətirin.

Oxumanı nə vaxt bitirmək lazım olduğunu bilin. Əgər uşağınız o an marağını itirərsə və ya hekayəyə diqqətini verməkdə çox çətinlik çəkərsə, oxumağa ara verin.

İnteraktiv olun. Kitabdakı hadisələri və insanları müqayisələndirin. Əgər varsa səhifələrdəki rəsmləri işarə edərək onlar haqqında suallar verin.

Uşağınızın ən sevdiyi hekayəni təkrar-təkrar dinləmək istəməsindən yorulmayın. 100-ci dəfə də olsa təkrar oxuyun!

Təkcə oxumaq deyil, yazmaq haqqında da danışın. Uşağınıza yazıların soldan sağa yazıldığından və sözlərin boşluqlarla ayrıldığından bəhs edin.

Gündəlik həyatınızda ətrafınızda gördüyünüz bütün yazılara diqqətini çəkin. Təkcə kitablarda deyil, ətrafınızda gördüyünüz bütün yazılı şeylər haqqında danışın. Bunu oyun halına gətirərək, hər çölə çıxdıqda ondan sizin üçün yeni bir söz tapmasını istəyin.