Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-07 17:49:00
Beynəlxalq münasibətlərdə din amili - Dərs vəsaiti

 Azərbaycan ali məktəblərində Beynəlxalq münasibətlər və politologiya ixtisası üzrə  təhsil alan tələbələr bundan sonra Azərbaycanda din sahəsində dövlət siyasətinin əsas istiqamətləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycanda İslamın yayılma dinamikası, Qafqaz Müsəlmanları İdarəsinin din-dövlət münasibətlərinin tənzimlənməsində rolu haqqında geniş bilgilər ala biləcəklər. Buna yeni dərs vəsaiti - Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin alimləri– dosentlər  Kərəm Məmmədov,  Elçin Məmmədov və  Əlimusa İbrahimov tərəfindən hazırlanan “Beynəlxalq münasibətlərdə din amili” kitabı imkan yaradacaq.

 

Tələbə magistrant və tədqiqatçıların istifadəsinə verilən dərs vəsaiti  ölkəmizdə din və siyasətin qarşılıqlı əlaqəsinin sistemli təhlilinə ilk cəhddir. Dərs vəsaitində islam, pravoslavlıq, iudaizm və katolikliyin siyasətlə qarşılıqlı təsir mexanizmlərinin açıqlanmasına xüsusi diqqət yetirilir. Kitabda həmçinin terrorizmin geniş vüsət aldığı müasir dövrümüzdə dinin cəmiyyətin inkişafında oynadığı rol tədqiq edilir.