Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 16:51:00
İbtidai sinif müəlliminin “Bilik günü” təəssüratı – “İki şagirdim ağlayıb, valideynlərinin əllərini buraxmırdılar”

“Bədii mütaliəyə maraq artırmaq üçün yazarlarla görüş təşkil edib, onların şagirdlərə öz hekayələrini oxumasını reallaşdırmaq istəyirəm. 30 nəfərlik sinifdə cəmi 4  qız var, onlar da general olsa əla olar. Düşünürəm ki, gələcəyin generalları bu yolda artıq ilk addımlarını atırlar”.

Bu sözləri AzEdu.az –a açıqlaması zamanı ibtidai sinif müəllimi Aynur Qarayeva deyib. O, 2018-ci il yerdəyişmə müsabiqəsində iştirak edərək, Saatlı rayonundan Qaradağ rayon, Qobustan qəsəbəsi 195 saylı tam orta məktəbə qəbul olunub. Aynur müəllimənin  bu məktəbdə ilk şagird qəbuludur:

“30 nəfər şagirdlə 4 illik səfərə ilk addımımızı atdıq. Yeni metodlarla daha maraqlı dərslər keçəcəyimdən əminəm. Xüsusən, şagirdlər arasında kitab mütaliəsinə maraq artırmaq istiqamətində nələrsə edəcəyəm. Şagirdlərimlə tanış olduq, onlar çox həvəsli idilər. İlk təəssürat qarşılıqlı olaraq müsbət oldu: mən onları sevdim, onların da məni sevəcəyindən əminəm. Bunun ilk işartısı olaraq deyə bilərəm ki, uşaqlar gedərkən məni qucaqlayıb ayrılmaq istəmirdilər.

Şagirdlərimdən ikisi ağlamağa cəhd edirdi. Onlar sona qədər valideynlərin əlini buraxmadılar. Az sosial olanlar, valideynlərin onları qoyub gedəcəklərini düşünən uşaqlar daha çox ağlayır”.

Oxuya və bədii mütaliəyə maraq artırmaq üçün yazarların şagirdlərə öz hekayələrini oxumasını və onlarla ümumi görüşlər təşkil etmək istəyirəm. Xüsusən, Uşaq jurnalları ilə əməkdaşlığın maraqlı olacağını düşünürəm.

İlk anda diqqətimi çəkən də o oldu ki, bu il 26 oğlana dərs deyəcəyəm. Sinifdə  4 qız var, onlar da general olsa əla olar. Düşünürəm ki, gələcəyin generalları bu yolda artıq ilk addımlarını atırlar”.