Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 15:33:13
Ucqar kəndlərdə “Bilik günü” necə keçirildi? – “I sinfə 7 nəfər qəbul etdik, hər şey elə  sadə  idi ki...”

15 sentyabrda 2018-2019-cu tədris ilinə qədəm qoyulur. Yeni tədris ilində 165 780 şagirddən 47 000-dən çoxu Bakı məktəblərində təhsil alacaq. Yerdə qalan, təxminən, 118 000 “birinci” isə bölgə məktəblərində oxuyacaq.

Bu gün Azərbaycanda "Bilik günü" kimi qeyd olunur.

Şəhər məktəblərində təntənəli şəkildə qeyd olunan “Bilik günü” görəsən, ucqar kəndlərdə məhdud imkan daxilində necə təşkil olunur?

Gədəbəy rayonu Qızılqaya kənd tam orta məktəbində ilk dərs günü…

Bu ucqar kənddə ümumi tədbir təşkil olunub. Tədbirdə valideynlər, müəllim və şagirdlər iştirak edib.

Məktəbin coğrafiya müəllimi Tural Topçuyev AzEdu.az-a açıqlamasında deyib ki, bu il Qızılqaya kənd məktəbinin birinci sinifə 12 nəfər qəbul olunub:

“Ümumilikdə tədbir təşkil etdik, şagirdlər, valideyn və müəllimlər iştirak etdilər. Hamıda xüsusi sevinc hissi var. Xüsusən də birincilər və onların valideynlərinin gözlərindəki sevinc, həyəcan tədbirimizə əlavə gözəllik qatır. Bizdə məktəb 6 günlük olduğu üçün tədbirdən sonra 8-9-10-11-ci siniflərdə ilk dərs keçiriləcək. Məktəbimizdə ümumilikdə 21 müəllim var. Rus dili müəllimi Fazil Məmmədovun isə bu məktəbdə ilk iş günüdür.

Fotolardan da göründüyü kimi, kənd uşaqları həmişə şirin olur. Buralarda uşaqlar bir başqa safdırlar. Allah bütün balaları saxlasın”.

Gədəbəy rayonu Qızılqaya kənd tam orta məktəbindən fotolar:


Bərdə rayon, Kürdborakı kənd tam orta məktəbində ilk dərs günü…

Məktəbin kimya müəllimi Elşən Ramizoğlu ilk dərs günü barədə AzEdu.az-a məlumat verib:

“Bu il cəmi 7 nəfər birinci sinfə qəbul olub. Məktəbə 3 yeni müəllim gəlib: coğrafiya, informatika, birdə fizika müəllimi. Ümumi tədbir təşkil olunub. Himn oxunub əvvəlcə. Sonra isə direktor Dəyanət Babayev çıxış edib. Hamını salamlayaraq yeni gəc müəllimləri, valideyn və müəllimlərlə tanış edib”.

Quba rayon, Əlibəyqışlaq kənd tam orta məktəbində ilk dərs günü…

Məktəbin ilk dərs günündə Quba rayon təhsil şöbəsinin nümayəndəsi Qələmşah Dostuyev iştirak edib. O, qeyd edib ki, bu kənddə iştirakı özü seçib:

“İştirak etmək üçün rəsmi nümayəndə kimi siyahı tərtib olunanda, özüm təklif etdim ki, məni bu kəndə salın. Çünki, zəif şəraitə və məhdud imkanlara baxmayaraq, bu il məzunlarının 50 faizi ali məktəblərə daxil olub. Belə zəhmətkeş müəllimlərin ayağına getmək xoşdur! Məktəbdə son zəng çox sadə və təbii təşkil olunub. Eynən stolun üstündəki gül buketi kimi sadə və təbii!”

Quba rayon, Əlibəyqışlaq kənd tam orta məktəbindən fotolar:


Şəki şəhər, Yeni Göynük kənd tam orta məktəbində ilk dərs günü…

Bu gün ölkənin bütün bölgələrində olduğu kimi Şəki rayon ümumi təhsil məktəblərində də “Bilik günü” qeyd edilib. Şəki Rayon Təhsil Şöbəsinin ictimiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Mahal Məmmədovun AzEdu.az-verdiyi məlumata görə tədbirlərdə şagirdlər, müəllim və valideynlər, həmçinin Qarabağ müharibəsi və əmək veteranları də iştirak edib:

“Şəkidə ən az şagird sayı olan məktəb Yeni Göynük kənd orta məktəbidir. Burada ümumi şagird sayı 44 nəfərdir. Məktəbdə 14 müəllim çalışır, keçən il hazırlıq qrupları var idi, amma bu il yoxdur. Bu kənd məktəbi üçün yeni modul tipli məktəb binası quraşdırılır”.

Şəki məktəblərindən fotolar:



Elşən Ramizoğlu
Nəzrin Cavid