Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 15:00:00
UNEC-ə daxil olan prezident təqaüdçülərinin sayı 18 dəfə artıb  

Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçən Prezident təqaüdçülərinin sayı son 4 ildə 18 dəfə artıb.

AzEdu.az xəbər verir ki,  2014-2015-ci tədris ilində Prezident təqaüdçülərinin sayı 1 nəfər olduğu halda, 2018-2019-cu tədris ilində bu göstərici 18 tələbəyə yüksəlib.

Başqa sözlə, II ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 75%-i məhz UNEC-ə üstünlük verib.

Məlumat üçün bildirək ki, UNEC-ə qəbul olan I kurs tələbələrinin sayı ölkə üzrə I kurs tələbələrinin təqribən 8%-ni təşkil etdiyi halda, ölkə üzrə Prezident təqaüdçülərinin demək olar ki, 18%-i UNEC-in payına düşüb.

Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər sırasında Prezident təqaüdçülərinin sayına görə UNEC birinci yerdədir.