Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-06 09:11:00
Sertifikasiyada bu dəyişiklik ola bilər - EKSPERT

Bir sıra müəllimlər MİQ imtahanı keçirildiyi halda əlavə olaraq sertifikasiyanın vacib olmadığını iddia edir. Sertifikasiyanın ləğv olunması doğru addım hesab oluna bilərmi?

 

Təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bildirib ki, primitiv sualların cavabını belə bilməyən müəllimlər var:

 

“MİQ imtahanı müəllimlərin işə qəbul olması üçün keçirilir. MİQ imtahanını uğurla keçmiş müəllimlər 5 il müddətində işləmək hüququ əldə edirlər, bu müddətdən sonra onlar sertifikasiya imtahanında iştirak edə bilərlər. MİQ imtahanı hər il keçirilir, 45-50 min iştirakçıdan sadəcə 9-10 mini vakant yer tutur. Prosesə yeni müəllimlər cəlb olunur və ya hansısa müəllim təkrar imtahan verərək nəticəsini bir az da yaxşılaşdırır. Sertifikasiya MİQ-dən də əvvəl müvafiq olaraq "hansısa üsullarla" təhsil prosesinə gələn şəxslərin bir növ uzaqlaşdırılmasını hədəfləyən əsas faktordur. Sertifikasiyanın keçirilməsinin başlıca səbəbi təhsil verənlərin ümumi biliyinin yoxlanılmasıdır. Biz bu qərarın doğru olduğunu da görürük. Belə ki, imtahan nəticələrinə baxanda heç adi, primitiv sualları belə doğru cavablandıra bilməyənlər təhsil verməkdə davam edirlər. Əlbəttə, sertifikasiyanın keçirilməsi vacibdir. Biz bu yolla belə şəxsləri müəyyən edirik və onları təhsil prosesindən uzaqlaşdırmaqla yeni, bilikli kadrlarla əvəz edirik. Beləliklə, sadəcə müvafiq olaraq öz pedaqoji biliklərini mükəmməl şəkildə bilən şəxslər təhsil sistemində saxlanılacaq”.

 

E.Əfəndi qeyd edib ki, sertifikasiya prosesində sadəcə bir dəyişiklik gözlənilə bilər:

 

 

“Sertifikasiyanın ləğv olunması ilə bağlı hər hansısa qərarın veriləcəyini düşünmürəm. Bu proses davam etdiriləcək və bütün fənlər üzrə keçiriləcək. Yaxşı nəticə göstərənlərin 35 faizdən bir qədər aşağı düşüb 10 faiz olmasında əsas prinsip əməkhaqqıdır. Düşünürəm ki, sertifikasiyada ola biləcək dəyişikliyin  faiz dərəcəsinin müvafiq olaraq 10 yox, 20 həddinə çatdırıması daha məqsədəuyğundur. Digər prosedur qaydalarına isə toxunmaq, fikrimcə, doğru deyil”.