Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 14:01:01
Qeyri-adi "Bilik günü" keçirən məktəbin direktoru AzEdu.az-a danışdı - "6 birincimiz var, hamısı da qız"

Bu il Kürdəmir rayon, Bağman kənd tam orta məktəbinə qəbul olan bütün birincilər qızlardır.

Bu barədə AzEdu.az-a məktəbin direktoru Muxtar Əliyev məlumat verib.

Onun sözlərinə görə, kənddə bu il məktəb yaşına çatmış oğlan yoxdur:

“41 ildi ki, təhsil sistemində çalışıram, amma ilk dəfədir belə təsadüfə rast gəlirəm. Bu il məktəbimizə cəmi 6 nəfər 1-ci sinifə qəbul olunub, onların da hamısı qızdır. Məktəbdə ümumilikdə 71 nəfər şagird təhsil alır. Bu il cəmi 2-si oğlan, 5-i qız olmaqla 7 nəfər məzunumuz olub, onlardan 6 nəfəri ali məktəbə, 1-i isə orta ixtisas təhsil müəssisəsinə qəbul olunub. Birincilərin 6-sının da qız olması isə çox xoş təsadüfdür. İndiyə qədər belə halnan qarşılaşmamışdım".