Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-03 17:07:00
AMEA-nın Naxçıvan Bölməsində ötən il 6 mühüm elmi nəticə əldə olunub

AMEA-nın Naxçıvan Bölməsində 2022-ci ildə elmi-tədqiqat işləri plana uyğun olaraq, 6 istiqamətdə 6 problemi əhatə edən 7 mövzuya daxil оlan 36 işin 93 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub, 87 mərhələ üzrə tədqiqatlar tamamlanıb və 6 mühüm elmi nəticə əldə olunub.

 

AzEdu.az xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin fevralın 3-də keçirilən iclasında bölmənin sədri akademik İsmayıl Hacıyev söyləyib. Akademik bildirib ki, bölmədə əsasən Naxçıvanın tarixi, etnoqrafiyası, epiqrafikası, arxeologiyası, maddi mədəniyyəti, ədəbi mühiti, folkloru və əlyazmalarının toplanılması və tədqiqi, o cümlədən təbii sərvətlərinin, ekocoğrafi şəraitinin, pоtensial enerji mənbələrinin, səma cisimlərinin, flоra, fauna, tоrpaq örtüyünün, iqtisadi inkişafının öyrənilməsi istiqamətində araşdırmalar aparılıb. 15 adda dərman bitkiləri qarışığı, gülab, çaytikanı yağı, alma sirkəsi, meyvə məhsulları, zəfəran qurusu, Şorsu palçığı və quru qalığı, gildən məişətdə işlədilən toz və propolis məhlulu istehsal olunub.

 

Hesabat ilində bölmə əməkdaşlarının 12 monoqrafiyası (2-si xaricdə), 24 kitabı, 2 metodik vəsaiti, 402 məqaləsi (66-sı xaricdə), 183 konfrans materialı (73-ü xaricdə), 3 tezisi olmaqla 626 elmi əsəri çap olunub, 1 buklet və bir xəritə tərtib edilib. Məqalələrin 40-ı impakt faktorlu jurnallarda olmaqla, 14-ü “Web of Science”, “Scopus” və s. elmi bazalarının siyahısına daxildir. Əməkdaşların əsərlərinə 969 istinad qeydə alınıb.