Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 12:13:00
"Bilik günü" tədbirləri davam edir

15 sentyabr Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəblərində "Bilik günü" kimi qeyd olunur.

AzEdu.az xəbər verir ki, Bakı şəhər 312 nömrəli tam orta məktəbdə də valideynlər, müəllimlər, keçmiş məzunlar və şagird kollektivi ilə birlikdə təntənəli tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru çıxış edərək , 2018-2019-cu tədris ilinin başlanması münasibəti ilə hər kəsi təbrik edib. 2017-2018-ci ildə qazanılmış uğurlardan danışıb. Daha sonra qonaqlar , məktəbin keçmiş məzunları , müəllimlər öz təbriklərini çatdırıblar.

Elşən Ramizoğlu