Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-03 10:42:00
Orta məktəb şagirdi robot icad etdi

 

AzEdu.az xəbər verir ki,  Tovuzun Bozalqanlı kənd tam orta məktəbinin 9-cu sinif şagirdi robot icad edib.

 

 

Orta məktəb şagirdi Mirhəşim Məmmədli rubik kubu yığan robot hazırlayıb. O, belə bir texnika ilə internetdə rastlaşdığını qeyd edib. Daha sonra isə hazırlanma qaydası ilə əlaqəli araşdırma apararaq həmin robotu özü sıfırdan düzəltmək qərarına gəlib. Təhsil aldığı məktəbdə yeni yaradılan STEAM mərkəzinin imkanlarından yararlanaraq yeniliyə imza atıb.

 

 

Robot rubik kubunu bir neçə dəqiqə ərzində yığır. Əvvəlcə robotun yaddaşına kodlaşdırma köçürülür. Daha sonra isə rəng sensoru formalaşsın deyə, kubun hər bir üzünün fotosunu çəkir. Mirhəşimə robotu ərsəyə gətirməkdə yoldaşları da köməklik göstərib.

 

 

Mirhəşim təkcə bu sahə ilə deyil, boş zamanlarında musiqi və idmanla da məşğul olur. Eyni zamanda onun dərslərində də uğurlu olduğu qeyd olunur.

 

 

Azərbaycan gənclərinin uğuru hər birimiz üçün qürur mənbəyidir!