Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-03 09:51:00
Universitetlərdə imtahan sessiyası ləğv edilə bilər?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı qeyd edib ki, “bizim əsas hədəfimiz UNEC-də imtahan sessiyalarının mərhələli şəkildə ləğvidir”. 

 

 
Bəs universitetlərdə imtahan sesiasının ləğvi doğru addım hesab edilirmi? Digər universitetlər də bu metoda keçməlidirmi? İmtahan sessiyası  ləğv edilərsə, tələbələrin bilik və bacarıqları hansı metodla qiymətləndirilə bilər?

 


Mövzu ilə bağlı Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov AzEdu.az-a açıqlamasında universitetlərdəki qiymətlərindirmə sisteminin Elm və Təhsil Nazirliyi tərəfindən tərtib olunan əsasnaməyə əsaslandığını bildirib:

 


“Tələbənin balının 50 faizi semestr daxili fəaliyyət kollokvium, sərbəst iş, davamiyyət, digər 50 faizi semestr sonu imtahan ilə müəyyən olunur. İmtahanın hansı metodla həyata keçirilməsini daxili kafedra müəyyən edir. Bu test, yazılı və ya şifahi formada ola bilər. İstisna hallarda yaradıcılıq tələb edən fənnlərdə tələbənin qiymətləndirməsi onun hazırladığı proje əsasında müəyyən edilir.

 

Ədalət Muradovun təklif etdiyi sistem dünyanın qabaqcıl universitetlərində artıq istifadə olunur. Onu da qeyd edə bilərik ki, imtahanların standartlaşmıaının müəyyən obyektiv və subyektiv səbəbləri var. Sovet dövründən bizə miras qalan, xüsusəndə müstəqilliyin ilk illərində təhsildə karuppsiya problemi müşahidə olunurdu. Problemi aradan qaldırmaq üçün test üsuluna keçid edildi ki, bu da öz müsbət nəticəsini göstərdi”.

 


E.Süleymanov dünyanın qabaqcıl universitetlərində mövcud olan qiymətləndirmə sistemindən söz açdı:

 


“Dünyanın qabaqcıl universitetlərində fənn proqramına əsasən, imtahanın test, yazılı və ya kurs işi şəkilində olması barədə kafedra qərar verir. Bu, tamamilə müəllim və kafedranın verdiyi qərar əsasında müəyyənləşdirilir. Kurs işi olduqda, bir neçə tələbə müəyyən proyekt hazırlayır, onu təqdim edir. Bunu əvvəlcədən müəllim sillabusda elan edir, tələbələr əvvəlcədən onu imtahan şəkilində görmüş olur.

 

Bəzi fənnlər var ki, onu mənimsəmək üçün tətbiq, kollektiv işləmə bacarıqı tələb olunur. Ali təhsil müəssisələrinin məqsədi mütəxəssis hazırlamaqdır. Əlbəttə elə mütəxəssis ki, əmək bazarının kvalifikasiyalarına malik olsun. Bu kvalifikasiya müəyyən bacarıqların inkişafını, eləcə də analitik, kritik düşünməni zəruri edir”.