Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-02 17:15:00
UNEC-də Jean Monnet Module layihələrinin yazılması ilə bağlı təlimlər keçirilib

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsi tərəfindən Avropa Komissiyasının qrant çağırışlarından olan Erasmus+ Jean Monnet Module layihələrinin yazılması ilə bağlı təlimlər keçirilib.

 

AzEdu.az xəbər verir ki, UNEC-in müəllimləri üçün təşkil olunan təlimlər 2 ay davam edib. Layihələrin idarəolunması şöbəsinin mütəxəssisi Rauf Məmmədov təlim zaman müəllimlərə Jean Monnet Module layihəsinin yazılması, komandanın formalaşdırılması, önəmli sahələrin seçilməsi ilə bağlı əsas məqamlar barədə ətraflı məlumat verib.