Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 10:37:00
Bakı Ali Neft Məktəbində “Bilik günü”- FOTOLAR

Xəbər verdiyimiz kimi 15 sentyabrda Bakı Ali Neft Məktəbində (BANM) yeni - 2018/2019-cu tədris ilinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT-nin Baş katibinin müavini  və Beynəlxalq Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutu (UNİTAR)-ın İcraçı direktoru Nikhil Set, SOCAR-ın vitse-prezidentləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, BANM-ın professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.

AzEdu.az həmin mərasimdən fotoları təqdim edir:

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları