Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 10:11:00
Dünya ölkələrində  dərslər nə zaman başlayır? – Apreldə, martda açılan məktəblər

Bu gün Azərbaycanda “Bilik günü” dür. 2004-cü il 21 avqust tarixli fərmandan sonra  dərslər 15 sentyabrda  başlayır. Bəs digər ölkələrdə Bilik Günü hansı tarixlərdəkeçirilir?

AzEdu.az müxtəlif ölkələrdə dərs ilinin başlama tarixlərini təqdim edir:

Kanadada“Əmək günü” sentyabrın ilk bazar ertəsi qeyd edilir və yeni tədris ili başlayır.

ABŞ-da hər ştatdan asılı olaraq, yeni dərs ili avqustdan sentyabra qədər istənilən tarixdə ola bilər.

Danimarkada isə məktəblər avqustda açılır.

Fransada yeni dərs ili sentyabrın əvvəlində başlayır, lakin dərslərin başlanacağı gün məktəblər tərəfindən təyin edilir.

Yaponiyadatədris ili aprelin 1-də başlayır.

Cənubi Sudanda isə məktəblər martın 20-də açılır.

Bolqarıstanda da dərslərin başlama tarixi Azərbaycanla  eynidir.

Rusiyada bu müddət 1 sentyabr - 25 may arasında davam edir.

Avstriyada dərslər bəzi bölgələrdə sentyabrın ilk bazar ertəsi başlayır, iyunun son cümə günü isə bitir. Digər yerlərdə isəsentyabrın ikinci bazar ertəsi başlayıb, iyulun ilk cümə günü bitir.

Belçikada da dərs ili sentyabrda başlayıb,  iyunun 30-da başa çatır.

Hindistanda məktəblər iyunda başlayıb, martda bitir.

Pakistanda isə dərslərə avqustda start verilir və mayda sona çatır.

İrlandiyada tədris ili sentyabrda başlayıb, iyunda başa çatır. Polşa, Litva, İran, Sloveniyada da bu ölkəylə eynilik təşkil edir.

Braziliyada isə yeni dərs ili fevralın birinci həftəsi başlayır, dekabrda yekunlaşır. Braziliya qanunlarına görə, tətil müddəti həm orta, həm də ali məktəblərdə 200 gün olmalıdır. 

Avstraliyada məktəblər yanvarda fəaliyyətə başlayır, dekabrda başa çatır.