Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-01 16:53:00
Müəllimlərin vakant yerlərlə bağlı təlaşlarına aydınlıq gətirilib -EKSPERT

 Müəllimlərin işə qəbulu üzrə vakant yerlərin müsabiqəyə çıxarılması yenidən müzakirə mövzusudur. Pedaqoqlarımızın təlaşlanmasına münasibət bildirən təhsil eksperti Məzahir Məmmədli AzEdu.az-a açıqlamasında onları narahat edən bəzi problemlərdən danışıb. 

 

 

Ekspert, ilkin olaraq hər il müsabiqəyə çıxarılan elanın ümumi strukturu barədə məlumat verdi:

 

“Ümumi qaydalar belədir ki, əvvəlcə müəllimlərin işə qəbulu ilə bağlı elan verilir. Ancaq müsabiqənin hansı fənlər üzrə keçiriləcəyi son anda açıqlanır. Məsələn, ibtidai sinif, yaxud ixtisaslı fənlər - tarix, ədəbiyyat, coğrafiya və digər fənlər üçün ayrılan vakant yerlər prosesin sonunda təqdim olunur.

 

Hazırda müəllimlərin əksəriyyətində belə bir fikir formalaşıb ki, vakant yerlər daha çox  “Musiqi”, “İncəsənət”, “Texnologiya” kimi fənlər üzrə açılacaq. Lakin müəllimlər bu fikri səsləndirməkdə bir qədər tələsiblər. Çünki məsələ ilə əlaqədar konkret hansı fənlər üzrə müsabiqələrin təşkil olunacağı açıqlanmayıb. Çox böyük ehtimalla, bu fikirləri səsləndirən müəllimlər müsabiqədə ya az iştirak ediblər, ya da ümumiyyətlə iştirak etməyiblər. Ancaq bu il üçün hansı fənlər üzrə müsabiqənin təşkil olunacağı ilə bağlı heç bir faktla qarşılaşmamışam”.

 

 

Ekspert onu da xüsusi vurğuladı ki, ənənəvi olaraq müsabiqələr ən çox “Azərbaycan dili” və “Ədəbiyyat” fənləri üzrə üstünlük təşkil edirlər. Amma ümumilikdə, mənzərə təxminən eynidi. Bir tədris yükünə hansı fənlər daxildirsə, həmin fənlər üzrə müsabiqələr təşkil olunur və müəllimlər müsabiqədə bərabər iştirak edirlər.

 

Qeyd edək ki, keçən ilki statistikaya nəzər salsaq, təxminən yüksək bal toplayan müəllimlərdə nəticələr bütün fənlər üzrə demək olar ki, bərabər idi.