Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-01 15:00:00
Kimlər direktor ola bilməz?-QANUNDAN ÇIXARIŞ

Məktəb direktoru olmaq üçün müsabiqәdә pedaqoji vә ya idarәetmә ixtisas sahәlәri üzrә ali tәhsili, 5 ildәn az olmayaraq  pedaqoji stajı olan vә hazırda məktəbdə pedaqoji fәaliyyәtlә mәşğul olan şәxslәr iştirak edә bilәrlәr.

 

Tәhsilin tәşkili vә idarә olunması ixtisası üzrә elmi dәrәcә vә elmi adı olduqda pedaqoji staj  3 il tələb olunur.

 

AzEdu.az-ın məlumatına görə, yol verdikləri nöqsanlara görə direktor (direktor müavini) vəzifəsindən azad olunmuş, mәhkumluğu ödәnilmәmiş vә ya götürülmәmiş, elәcә dә mәhkәmәnin qәrarına әsasәn, yaxud sağlamlığı ilә әlaqәdar pedaqoji fәaliyyәt göstәrmәsi qadağan olunan şәxslәr direktorların işә qәbulu üzrә müsabiqәdә iştirak edә bilmәzlәr.

 

Qeyd edək ki, bu Qaydalar Nazirliyin birbaşa tabeliyindә olan lisey vә gimnaziyalara şamil edilmir.

 

Qaydalara görə, müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra bir illik fəaliyyət barədə hesabat nazirliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxsin daimi əsaslarla işə təyin olunması barədə qərar qəbul edilir.