Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-01 12:38:00
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi elan edildi

Elm və Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsini elan edir.

 

AzEdu.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

 

Layihə sənədlərinin qəbulu fevralın 15-dən martın 31-dək www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

 

Qrant müsabiqəsi barədə ətraflı məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.