Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-31 16:13:00
“Sabah bu uşaqlar dövlətə nə fayda verəcək?” - Ekspert
“Bu gün orta məktəblərdə 5-ci sinifdən ingilis dili tədris olunur. Amma buna baxmayaraq, ingilis əlifbasını bilməyən 9, 10, 11-ci sinif şagirdlərimiz var. İngilis əlifbasını qoyuram kənara, adicə öz dilimizdə fonetika nədir, onu bilmirlər? O zaman sual yaranır: Niyə bu şagird 11-ci sinifdə təhsil alır? O, yuxarı siniflərə necə adlayıb? Ölkədə minlərlə belə şagird var. Onlar bir sinifdən digər sinifə tanışlıq, tapşırıq, rüşvət və s. kimi neqativ yollarla adlayırlar. Budur bizim təhsilin siması. Sabah bu uşaqlar böyüyüb cəmiyyətə, dövlətə hansı faydanı verəcək?”
 
 
Bunu təhsil eksperti Elçin Əfəndi AZEdu.az-a açıqlamasında bildirib.  
 
 
Ekspertin fikrincə, təhsil və digər sferalarda uğur qazanmaq istəyiriksə, ilk növbədə hər şeyi məktəblərdən başlamalı, tədris prosesini ciddi nəzarətdə saxlamalıyıq. Əks halda vəziyyət getdikcə daha da acınacaqlı olacaq:
 
 
“Orta məktəblərdə tədris zəifdir. Yuxarı siniflərdə vəziyyət daha da acınacaqlıdır. Bununla biz heç bir uğura imza ata bilməyəcəyik. Gələcək üçün savadsızlar ordusu yox, savadlı, bilikli vətəndaşlar yetişdirməliyik”.