Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-31 13:26:00
Məktəblərdəki hüquqi boşluqlar – Müəllim və şagirdlər nələri bilmirlər?-İRAD

 

 

 

 

“Strateji planlarımız olsa belə bunları icra etmək üçün yetərli kadr bazasına malik deyilik”.

 

 

 

 

Bunu təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov AzEdu.az-a açıqlamasında təhsil sahəsində yaranan problemlərdən, idarəetmədə olan boşluqlardan danışarkən qeyd edib

 

 

Mütəxəssis:”Ölkəmizdə aparılan təhsil islahatları uzun strateji planlara əsaslanmır”

 

 

“Bu kimi problemlər multifaktorialdır. Belə problemlərin yaranmasını şərtləndirən bir çox faktor var. Ölkəmizdə aparılan təhsil islahatları uzun strateji planlara əsaslanmır. Strateji planlarımız olsa belə bunları icra etmək üçün yetərli kadr bazasına malik deyilik. Ona görə də bu planlar çox zaman vərəqdə qalır. Biz təhsilin problemlərini həll etmək istəyiriksə, bu sahəyə təsir edən xarici faktorlar aradan qaldırılmalıdır. Əgər həmin problemlər aradan qaldırılmazsa, biz təhsildəki mövcud məsələləri aydınlaşdıra bilmərik”.

 

 

 

Ekspert, təhsil sahəsində qanunsuzluq törədən şəxslər üçün hüquqi müstəvidə daha ciddi tədbirlər görülməli olduğunu hesab edir.

 

 

“Həlli vacib problemlərdən biri də hüquq məsələsidir. Məsələn, Azərbaycanda ümumtəhsil müəssisələrində müəllim, şagird və valideynlərin hüquq və vəzifələri ola bilsin təhsil qanunvericiliyində qeyd olunsa da, insanlar bu qanunlara riayət etmədikdə nə baş verəcəyi haqqında məlumatlı olmayacaqlar. Məlumdur ki, Azərbaycanda ümumtəhsil məktəbinin direktorunun hansısa mənfi bir situasiya ilə adı hallandığı, mövqeyini şəxsi biznes üçün istifadə etdiyi zaman həmin şəxs ya başqa məktəbə göndərilir, ya da təhsil müəssisəsindən uzaqlaşdırılır. Nəticədə törətdiyi iş cinayət əməli sayılır. Bu hüquqi proses olaraq qiymətləndirilməlidir, hüquqi müstəvidə dəyər biçilməlidir. İnzibati və ya hüquqi şəkildə dəyərləndirilib, digər qanunsuzluq törədən şəxslərə ibrət üçün məhkəmə cəzası müəyyənləşdirilməlidir. Ancaq insanlar qanun qarşısında daşıyacağı məsuliyyəti bilərəkdən öz qanunsuz əməllərinə davam edirlər. Düşüncələri bu istiqamətdədir ki, qanunsuz əməlləri üzə çıxsa, uzaqbaşı işdən azad olunar və  başqa özəl müəssisələrdə iş tapa bilər. 

 

 

 

Qoşqar Məhərrəmov məsələ şagirdlər olsa belə vəziyyətin ciddiliyini  nəzərə çatdırmaq baxımından onlar üçün də hüquqi proses təşkil edilməli olduğunu qeyd edir:

 

Şagirdin mənfi davranışları da məktəblərdə ciddi problem olaraq qalır. Şagirdin davranışlarını tənzimləyən sənəd hələ yeni-sentyabrda çıxıb və müzakirəyə təqdim olunub. Həmin sənədin müzakirəsinin yekununda bəlkə də bu sənəd təqvimin önümüzdəki aylarında hansısa məktəbdə pilot olaraq tətbiq olunacaq. Ancaq hazırki məqamda şagird mənfi davranış göstərirsə, bu davranışın hüquqi statusda bir cavabı olmalıdır.  Biz bir çox Qərb ölkələrində bununla rastlaşırıq. Hansısa yol hərəkəti qaydası pozulduqda belə bunun müzakirəsi üçün məhkəmə fəaliyyəti təşkil edilir və həmin şəxs məsuliyyətə cəlb olunur. Şagird bilməlidir  ki, dərsi pozmağa, şagirdlərin təhsil hüquqlarına müdaxilə etməyə, müəllimin öz fəaliyyətini icra etməsinə mane olmağa haqqı yoxdur. Bilməlidir ki, bu kimi davranışlara yol versə, ailəsi polisə çağırıla və məhkəmə məsuliyyətinə cəlb olunar. Bax bu zaman artıq məktəblərdə olan mənfi davranışların sayı azalacaqdır.

 

 

Mütəxəssis:” Yəni şagird və müəllim, bütövlükdə məktəb rəhbərliyi mənfi davranışa yol verdikdə konkret olaraq hansı ciddi cəza tədbirləri, hansı məhkəmə məsuliyyəti ilə qarşılaşacağını bilməlidir”.

 

 

“Hüquq sistemimiz davranışların idarə olunması ilə bağlı daha seçici və daha dəqiq, konkret maddələrlə inkişaf etdirilməlidir. Bəlkə də var, ancaq gərəyincə tətbiq olunmur. Yəni, şagird və müəllim, bütövlükdə məktəb rəhbərliyi mənfi davranışa yol verdikdə konkret olaraq hansı ciddi cəza tədbirləri, hansı məhkəmə məsuliyyəti ilə qarşılaşacağını bilməlidir. Bunu bildiyi zaman bu kimi davranışlara daha az meyl edəcək. İnsanlarda vicdan mədəniyyəti formalaşacaq.