Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-31 11:07:00
Nazirliyə tabe olan elmi institutların  əsas hədəfləri  nə olacaq? -  Akademik açıqladı

 

 

Bir neçə ay bundan əvvəl ölkə başçısının fərmanına  əsasən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibinə olan bir çox elmi-tədqiqat müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirildi.

 

 

Elm və təhsilin inteqrasiyası, tədqiqat yönümlü funksiyasının artırılması istiqamətində zəruri olan bu addım həmin insitutların da qarşıdakı fəaliyyət mexanizmini müəyyən etmiş oldu.

 

 

ETN tabeliyindəki elmi institutların cari fəaliyyət planları nədən ibarətdir?  Nazirliyin tərkibinə verilən elmi müəssisələrdən birinin- Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev AzEdu.az-a açıqlamasında bir sıra yeni informasiyalar səsləndirib:

 

 

“Hazırda bölmələrə daxil olan institutların hesabatları davam edir. 30.01.2023 tarixində 2 bölmə-İctimai Elmlər Bölməsi və Fizika, Riyaziyyat Elmləri Bölməsinin hesabatı oldu. 31.01.2023 tarixində isə kimya və biologiya elmlərinin hesabatı planlaşdırılıb. Hesabatlarda 2022-ci ildə görülən işlər, əldə olunan nəticələr haqqında geniş məlumat verilir.

 

 

Hər bir institut öz hesabatında elm və təhsil arasındakı inteqrasiyanın vəziyyəti, gələcəkdəki perspektivlər və problemləri qeyd edir.  Elm və Təhsil Nazirliyinin nümayəndəsi də hesabatların təqdimatında  çıxış edib və mövzu ilə əlaqədar  aktiv müzakirələr aparılıb. Bunlar bitdikdən sonra akademiyanın ümumi yığıncağında da bu hesabatlar yenidən müzakirə olunacaq. Bundan sonra ali məktəblərlə mövcud əlaqələrin daha da genişləndirilməsi və tələbə resursundan istifadə edilməsi məsələsi gündəmdə olacaq. 

 

 

Ümid edirik ki, cənab Prezidentin verdiyi sərəncam elm və təhsil arasındakı inteqrasiyanı artırmaqla qarşılıqlı əlaqələrin daha da yaxşılaşmasına, bir-birinə nüfuz etməsinə, müəyyən irəliləyişlərə nail olmağa təkan verəcək”.