Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-31 10:05:00
Britaniya səfiri Məleykə Abbaszadə ilə görüşüb

Görüş 30 yanvar 2023-cü il tarixində DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Ould, Britaniya Şurasının ölkə üzrə direktoru Nərgiz Hacıyeva, Britaniya Şurasının Cənubi Qafqazın imtahanlar üzrə meneceri Nərgiz Əkbərova və DİM-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

 

Görüş zamanı tərəflər arasında ingilis dili biliklərinin qiymətləndirilməsinə aid layihələr, maliyyə savadlılığı imtahanları ilə əlaqədar Britaniya təcrübəsi, rəqəmsal innovasiyaların təhsildə qiymətləndirmə sahəsində tətbiqi istiqamətində təcrübə mübadiləsi, həmçinin strateji əməkdaşlıq imkanlarına dair digər məsələlər müzakirə edilib.

 

Görüşdən öncə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi ilə də tanış olublar.