Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-30 10:14:00
Abituriyentləri ən çox narahat edən məsələ - DİM-dən sevindirəcək cavab

 

Buraxılış və qəbul imtahanları yaxınlaşdıqca abituriyentləri narahat edən məsələlərin də sayı artır. Belə məsələlərdən biri də qəbul imtahanları zamanı hər hansı fənn üzrə nisbi bal məhdudiyyətinin təhsil formasına olan təsiri barədədir. Qısaca deyək, bir fənn üzrə nisbi balı toplaya bilməyən abituriyent dövlət sifarişi əsasında təhsil ala bilərmi? Yoxsa, bu səbəbə görə o, yalnız ödənişli əsaslarla təhsil ala biləcək?

 

 

 

AzEdu.az DİM-in məlumatına əsaslanaraq, abituriyentin ödənişli əsaslarla və ya dövlət sifarişi üzrə təhsil almasına hansı halların təsir göstərəcəyinə aydınlıq gətirib.

 

 

Qurumdan verilən məlumata görə, fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı100-dən az olmayan abituriyentlər buraxılır.