Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-25 16:13:00
UNEC-də bütün qeyri-ixtisas fənləri distant şəkildə tədris olunur

Ötən ilin sentyabr ayından ali məktəbdə bütün qeyri-ixtisas fənləri distant şəkildə tədris olunur.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov ötən ilin yekunlarına dair keçirilən tədbirdə deyib.

 

Rektor bildirib ki, “Flipped Education” modelinin tətbiqi sayəsində müəllim tələbələrə mühazirə keçmir: "Belə ki, müəllim onlayn formada mühazirəni tələbəyə göndərir. Tələbə 20 dəqiqə ərzində mühazirə ilə tanış olduqdan sonra başa düşmədiyi məqam olduqda müəllimə bildirir".(AZƏRTAC)