Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-25 15:12:00
Dünya ölkələrində çox faydalı orta təhsil sistemləri - NÜMUNƏLƏR  

Bu gün bir çox abituriyent və tələbə təhsillərini Avropada davam etdirmək istəyirlər. Həmin ölkələrin ölkələrin bakalavriatura, magistratura və.s səviyyələri haqda az-çox xəbərdar olsaq da orta təhsilindən o qədər də məlumatımız yoxdur.

 

AzEdu.az bu yazıda Avropa Birliyinə daxil olan ölkələrin tam orta təhsil bazasındakı dərs sistemlərini təqdim edir:

 

Almaniya

 

Haqqında ilk danışacağımız ölkə olan Almaniyada 3-6 yaş arası uşaqlar məktəb öncəsi hazırlığa, 6-15 yaş aralığında məcburi təhsilə cəlb edilir. Daha sonra, ailələrinin maddi imkanlarına uyğun məktəblərdə oxuya bilərlər. Dərslər gündəlik 45 dəqiqə olmaqla həftənin 5-6 günü ibtidai siniflərdə cəmi 28 saat, orta məktəbdə isə 30 saat keçirilir. 

 

Müəllimlər işə qəbul üçün nəzərdə tutulan 2 imtahandan uğurla keçdikdən sonra vəzifələrini icra edə bilərlər.

 

Avstraliya

 

Burda 3-5 yaş aralığında məktəbə qədər təhsilə cəlb edilən uşaqlar, 6 yaşdan etibarən məktəbə başlayırlar.  İbtidai sinfi bitirdikdən sonra, şagirdlər növbəti təhsil səviyyəsi üçün imtahan verməlidirlər. Dərs müddəti 50 dəqiqədir. 1-4 siniflərdə həftədə 20, yuxarı siniflərdə isə 30 saat dərs keçirilir.

 

Müəllimlər təhsillərini bitirdikdən sonra dövlət qurumları tərəfindən işlə təmin olunurlar.

 

Çexiya

 

Bu ölkədə 3-6 yaş aralığındakı uşaqlar məktəbə qədər, 6-15 yaş aralığında isə onlara ibtidai və orta təhsil ala bilərlər. Orta təhsil almaq şəxsi iradədən asılıdır. Lakin bunun üçün imtahan vermək vacibdir.

 

45 dəqiqə olan dərslər həftədə 5 gün keçirilir.  Dərs yükünün seçimində məktəblər sərbəstdirlər.  Müəllim işləmək üçün namizədlər magistraturanı bitirməlidirlər. 

 

Danimarka

 

Danimarkada 3-17 yaş arası təhsil məcburi və ödənişsizdir. Valideynlər uşaqları üçün istədikləri məktəbləri seçə bilərlər. Həftədə 5 gün 45 dəqiqəlik dərs keçirilir. Bununla yanaşı şagirdlər  il boyunca bilik və bacarıqlarına görə seçmə dərslər də ala bilərlər.

 

Məktəbə qədər təhsil istisna olmaqla, müəllimlərin magistr təhsili almaları zəruridir.

 

Finlandiya

 

Burda məktəblər bələdiyyələrin nəzarəti altındadır. 6 yaşına qədər uşaqlar məktəbəqədər,  16 yaşına qədər isə və ödənişsiz  zəruri təhsil alırlar. Uşaqlar evlərinə ən yaxın məktəbə qeydiyyatdan keçə bilərlər. Dərs saatları məktəbin yerinə görə, həftədə 19-30 saat aralığında dəyişə bilir. Sinif daxilindəki bütün proses  müəllimin ixtiyarına verilir. O, istədiyi kimi dərs keçə bilər. Bununla yanaşı, uşaqlar bacarıqların uyğun seçmə dərslər də ala bilərlər.

 

Müəllimlərin işləmək üçün ixtisasları üzrə magistr təhsili olmalıdır.

 

Fransa

 

Fransada 3-6 yaş aralığı üçün məktəbəqədər təhsil alan uşaqlar 6 yaşından sonra zəruri və ödənişsiz oxumağa başlayır. Şagirdlər yaşayış yerlərinə uyğun məktəblərdə təhsil alırlar. İbtidai siniflərdə dərslər 60 dəqiqə olmaqla həftədə 22saat, yuxarı siniflərdə isə 55 dəqiqə olmaqla həftədə 30 saat keçirilir. Onu da qeyd edək ki, Fransada həftənin 6 günü tədris mövcuddur.

 

Müəllim işləmək üçün bakalavr təhsili kifayət edir. Lakin, baş müəllim olmaq üçün magistraturanı bitirmək vacibdir.

 

Hollandiya

 

Burda təhsil 5 yaşından başlayır. Ondan əvvəl isə, uşaqlara heç bir təhsil verilmir. Uşaqlar 16 yaşına qədər məcburi təhsilə cəlb edilirlər. 50 dəqiqə olan dərslər həftənin 5 günü 25 saat keçirilir. 

 

Müəllimlər bakalavrı bitirdikdən sonra, öz sahələrinə uyğun, kurslarda müəyyən təhsil də almalıdırlar.

 

İngiltərə

 

Bu ölkədə uşaqlar 4 aylıqdan 3 yaşına qədər məktəbə qədər təhsilə, uşaq bağçalarına gedə bilərlər.  İngiltərədə 5 yaşında başlayan zəruri təhsil, 16 yaşına qədər davam edir.  Həftənin 5 günü 21-28 saat dərslər keçirilir.

 

İbtidai sinif müəllimləri bakalavr təhsili ilə işləyə bildikləri halda digər müəllimlər magistratura təhsili vacibdir.

 

İspaniya

 

İspaniyada 3 ayından başlayaraq, 6 yaşına məktəbə qədər təhsilə cəlb edilən uşaqların  məcburi təhsil isə 16 yaşına qədər  davam edir. Aşağı siniflər üçün 55 dəqiqəlik dərslə həftədə 25 saat, yuxarı siniflər üçün isə, 60 dəqiqəlik dərslər həftədə 30 saat keçirilir. Məktəbəqədər və ibtidai sinifdən başqa qalan digər müəllimlər üçün magistratura təhsili zəruridir.

 

İsveç

 

Bu ölkədə 1-5 yaş aralığında məktəbəqədər təhsilə cəlb olunan uşaqlar, 16 yaşına qədər isə məktəblərdə təhsil ödənişsiz  məcburi təhsil alırlar. Həftənin 5 günü açıq olan məktəblərdə dərs saatları müxtəlif cür olur. 9 ildə 6665 saatlıq dərs kifayət edir.

 

Müəllimlər bələdiyyələr tərəfindən işlə təmin olunur. Onların bakalavr təhsillərini tamamlamaları kifayətdir.

 

İtaliya

 

İtaliyada 3-6 yaş arası uşaqlar məktəbəqədər təhsilə cəlb olunurlar. 6-14 yaş aralığında isə, ödənişsiz və zəruri təhsil cəlb olunurlar. 45 dəqiqəlik dərslər həftədə 5 ya 6 dəfə olmaqla 27 saat keçirilir.

 

Müəllimlər magistraturanı bitirdikdən sonra işləmək haqqı qazansalar da bunun üçün lazımı imtahanları verməlidirlər.

 

Macarıstan

 

Burda 3-7 yaşa aralığındakı uşaqlar üçün məktəbəqədər təhsil verilir. 7 yaşında bir illik hazırlıqla başlayan zəruri  təhsil, 18 yaşında tamamlanır. 45 dəqiqəlik dərslər həftədə 5 gün 30 saat keçirilir. İbtidai sinif xaric, qalan müəllimlərin bakalavr təhsili ilə yanaşı, 1 illik kurs keçmələri zəruridir.

 

Polşa

 

Polşada 3-6 yaş aralığındakı  məktəbəqədər təhsil alanlar 6-16 yaş aralığında ödənişsiz məcburi təhsil alırlar. 50 dəqiqəlik dərslər həftədə 23-31 saat keçirilir. Müəllimlərin müxtəlif magistratura, fəaliyyət fərqləri ilə nəzərə alınsa da, bakalavr təhsili almaları əsas şərtdir.

 

Portuqaliya

 

Burda 3-5 aralığındakı uşaqlar məktəbəqədər təhsilə cəlb edilən uşaqlar 15 yaşına qədər ödənişsiz zəruri təhsil alırlar. Həftənin 5 günü açıq olan məktəblərdə 50 dəqiqəlik dərslər həftədə 20 saatdan 32 saat qədər davam edir. İbtidai sinif müəllimləri xaric, fənn müəllimləri ixtisasları üzrə ixtisaslaşdırılmış təlimlərdə iştirak etmələridir.

 

Ruminiya

 

Ruminiyada 3-6 yaş arası məktəbəqədər təhsil cəlb olunan uşaqlar, 6-15 yaşa qədər məktəblərdə ödənişsiz məcburi təhsil alırlar. 50 dəqiqəlik dərslər həftədə 5 gün 20 saatda 32 saata qədər davam edir. Məktəbəqədər və ibtidai sinif müəllimləri iki illik, digərləri isə 4-5 illik təhsillə məktəblərdə işləyirlər.

 

Yunanıstan

 

Haqqında danışacağımız son ölkə olan Yunanıstanda isə uşaqlar 3-6 yaş aralığında məktəbəqədər, 6-15 yaş aralığında isə, ödənişsiz və məcburi təhsil almalıdırlar. 40-50 dəqiqəlik dərslər həftədə 23-35 saat keçirilir.

 

Öz sahələri üzrə işləmək üçün bir təhsil dərəcəsi almalı olan müəllimlər, işə başlamnazdan əvvəl, təqdimat təlimində də iştirak etməlidirlər.