2023-01-25 13:25:00
Özünüzlə keyfiyyətli vaxt keçirməyin üsulları
Stresdən bir az uzaqlaşmaq, vaxtınızı həqiqətən etmək istədiyiniz şeylərə ayırmaq, eyni zamanda da ruhunuza və zehninizə də istirahət vermək istəyirsinizsə, aşağıda sadalayacağımız şeylər sizə kömək ola bilər.
- Doyucu və dadlı səhər yeməyi
Səhər yeməyi gününən önəmli qidasını təşkil edir. Eyni zamanda da günə xoş bir səhər yeməyi ilə başlamaq, əyləncəli bir günün bir parçasına çevriləcək. Gündəlik olaraq, işə/dərsə tələsdiyimiz üçün çox zaman səhər yeməyini yemirik, amma vaxtınız olduğu bu günlərdə, özünüzə ləzzətli səhər yeməyi hazırlaya bilərsiiniz. - Keyfiyyətli “mən” vaxtı: Texnologiya detoksu
Gündəm, işlər, çox zaman da vərdişlərimiz səbəbi ilə texnologiya və sosial media həyatımızın mərkəzində yerləşib. Biz fərqinə olmasaq belə, texnologiya bizim yorulmağımıza və bu yorğunluğun isə davamlı olmasına gətirib çıxarır. Özünüzə dəyər vermək adına, texnologiyaya bir az ara verib, keyfiyyətli vaxt keçirə bilərsiniz. - Özünüzə baxım göstərin.
Dərinizə və görünüşünüzə göstərəcəyiniz qayğı və təmizlik özünüzlə keyfiyyətli vaxt keçirmək üçün əla fürsətdir. - Yaşılın sağaldıcı gücü: bitkilərinizə vaxt ayırın.
Baharın yavaş-yavaş özünü hiss etdirdiyi bu günlərdə, evinizdəki bitkilərlə də maraqlanmaq lap yerinə düşərdi. Bitkilərinizin quruyan yarpaqlarını yığa bilər, dibçəklərini dəyişdirə və ya yeni çiçəklər əkə bilərsiniz. - Hobbilər
Yaradıcılığınızı bəsləmək üçün özünüzə bir hobbi seçə və ya seçdiyiniz bir hobbiyə vaxt ayıra bilərsiniz. Hələ də bir hobbiniz yoxdursa, foto çəkmək, rəsm boyamaq, yeni bir dil və ya musiqi aləti çalmağı öyrənməyi sınaya bilərsiniz. - Bir az kitab, bir az musiqi…
Ekran işıqlarından uzaq durmaq üçün kitab oxumaq ən yaxşı seçimdir. Günün son saatlarında musiqi sədaları altında oxuyacağınız kitab isə sizi rahat bir yuxuya hazırlayır. Gün ərzində xoş qoxulu və gücləndirici çaylar ilə birlikdə kitabınızı oxuya bilərsiniz. - İlıq bir duş, meditasiya və yuxu
Gün ərzində məruz qaldığımız xarici təsirlərdən qurtulmaq üçün, ruhumuzu, bədənimizi və zehnimizi yeniləyib, təmizləməliyik. Bunu etmək isə çox sadədir, ilıq duş alıb rahatladıqdan sonra, meditasiya ilə özünüzə dönərək zehninizi də rahatlada bilərsiniz.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
2024-04-25 15:19:00
“Yüksəliş”in ümumi biliklər imtahanının nəticələri açıqlanıb
2024-04-25 13:36:07
Tələbə nazir TƏYİN OLUNDU
2024-04-25 13:00:00
Sabah bəzi yerlərdə 31 dərəcə isti olacaq
2024-04-25 12:12:50
Olimpiada finalçıları: Qazax-Tovuz bölgəsində bu qədərdir...
2024-04-25 11:40:00
DİM təhsil mütəxəssislərini əməkdaşlığa dəvət edir
2024-04-25 10:08:34
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
2024-04-25 09:08:29
Günün havası - Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
2024-04-25 08:34:39
Hansı hallarda uşaqlara peyvənd vurulmur?
2024-04-24 17:17:07
“Məktəblər repetitorlar üçün baza rolunu oynayır”
2024-04-24 13:17:00
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
FACEBOOK