https://modern.az/ #
2023-01-24 15:31:00
Bu şəxslər üçün sənəd qəbuluna başlanılır 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2023-cü il üzrə ilk sənəd qəbuluna başlanılır. 

  

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu proqram çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir. 

  

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı ( https://dp.edu.az/az/news/1203#.Y8-Yx3ZBzIX) və elana dair ətraflı məlumatı (https://dp.edu.az/az/https://azedu.az/az/content/62) müvafiq keçidlər vasitəsilə əldə etmək mümkündür. 

  

Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək. 

  

Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə (https://dp.edu.az/uploads/fileuploads/2020/03/bd40ebfbfde042ce878b642ec8cd818f.pdf

və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz. 

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İLİN GƏNC MÜƏLLİMİ" nominasiyasında 2022-ci il üçün qalib kimi görürsünüz?
Səs ver
FACEBOOK