Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-24 12:53:00
Növbəti “Açıq qapı” günü keçiriləcək

2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

 

AzEdu.az xəbər verir ki, imtahan dövründə tələbə və magistrantların, həmçinin, onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri həftədə bir dəfə hibrid formada təşkil olunur.

 

Görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.

 

Növbəti “Açıq qapı” günü 2023-cü ilin 24 yanvar tarixində keçiriləcəkdir.

 

Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.