Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-24 11:48:00
 “Sağlam həyat tərzi” mövzusunda seminar

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı yönündə fəaliyyətlərini davam etdirir.

 

AzEdu.az xəbər verir ki, bu məqsədlə 173, 18, 51, 301, 154, 178, 35 və 38 nömrəli tam orta məktəblərdə “Sağlam həyat tərzi” mövzusunda seminar keçirilib.

 

Seminar zamanı sağlamlığa təsir edən amillər, gigiyena qaydaları, müəllimlərin peşə xəstəlikləri və onlara qarşı profilaktik tədbirlər barəsində məlumatlar verilib, eləcə də şagirdlərə düzgün qidalanma vərdişlərinin aşılanması ilə bağlı müəllimlərlə müzakirələr aparılıb.

 

Qeyd edək ki, adıçəkilən seminarın ARTİ MDPİM tərəfindən metodik dəstək göstərilən 75 və 227 nömrəli məktəblərdə də keçirilməsi planlaşdırılır.