Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-23 10:57:00
Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

 

 

Elm və təhsil naziri Emin Əmrullayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, Gənclər və İdman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

 

Elm və təhsil naziri Emin Əmrullayev ikinci “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, elm və təhsil sahəsində ölkəmizin gələcək inkişaf hədəfləri ilə bağlı məlumat verərək bu sahədə görülən işlərə qaliblərin fikirlərini dinləyib. İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbəsində təhsil sahəsində yeni bilik və bacarıqlara yiyələnmək istədiklərini, həmçinin ölkəmizin inkişafı naminə bu sahədə öz töhfələrini verməkdən qürur hissi duyacaqlarını və bunun üçün səylə çalışacaqlarını ifadə ediblər. Görüşün davamında nazir Emin Əmrullayev mentorluq proqramının həyata keçirilməsində maraqlı olduğunu qeyd edib. Nazir qaliblərin təhsilin inkişafı istiqamətində fikirlərini və təkliflərini dinləyib, onların təhsil və elm mövzusundakı suallarını cavablandırıb.

 

“Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev Emin Əmrullayevə iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.

 

Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin tarixləri və qeydiyyat prosesi barədə məlumat qısa zamanda ictimaiyyətlə paylaşılacaq.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam isə ötən ayın 20-sində imzalandı.