Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-21 14:58:00
Uşaqları kitab oxumağa necə həvəsləndirək?-ARAŞDIRMA

Uşaqları kitab oxumağa necə həvəsləndirməklə ilə bağlı çoxsaylı araşdırmaların olması bu barədə çətinliklərin olduğunu təsdiq edir.

 

Bu məsələ ,əsasən, pedaqoji, mədəni və sosial hadisədir. Oxu problemi həddən artıq böyük məzmunda məktəb oxu materialları, uşaqların kütləvi informasiya vasitələrindən istifadəsi, smartfonlar və keyfiyyətsiz məzmunlu televiziya əyləncə proqramlarına heyranlıqdan irəli gəlir. Bütün bunlar uşaqlara əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Beləliklə, uşaqlar yaşadıqları dünyanın passiv müşahidəçilərinə çevrilir və uyğun olmayan məzmuna əsaslanaraq biliklər əldə edirlər.

 

Məktəb dövrü başlayandan sonra uşaqlar mürəkkəb riyazi əməliyyatları necə mənimsəmək, elmləri necə başa düşüb mənimsəmək, ifadəli dil bacarıqlarını necə inkişaf etdirmək kimi bir çox problemlərlə üzləşirlər. Məktəbdə hər birimizə nə qədər oxusaq, danışmağımızı, düşüncələrimizi və inanclarımızı ifadə etmək və tərtib etmək daha asan olacağını deyirdilər. Sağlam oxumaq vərdişini inkişaf etdirən insan yalnız yaxşı oxumağı bacaran insandan daha yaxşıdır. Bu cür insanın daha çox özünə inamı var, söylədiklərinə daha çox güvənir və hər hansı bir gözlənilməz hadisə ilə qarşılaşmağı daha yaxşı bacarır. Buna görə biz, böyüklər, sağlam oxu vərdişini uşaqlarımıza ötürməliyik.

Uşağı oxumağa necə ruhlandırmaq olar?

 

Mütəxəssislər, uşağın oxuyarkən bilik əldə etdiyinə olan inamını oxumaq üçün ən vacib təşviqlərdən biri hesab edir. Alimlər bunu “özünü səmərəli, faydalı hiss etmək” duyğusu adlandırırlar. Özünü faydalı hiss etmək uşaqlarda müsbət bir özünə inamı və zəhmət və əziyyətlərinin müsbət nəticələnəcəyi inamını inkişaf etdirir. Uşaqlar oxumaqla bilik və təcrübə qazana bilmə bacarıqlarını kəşf edirlər. Bu şəkildə uşaqların oxumaq qorxusu da azalır. Bir müəllim və ya valideyn uşaqlarda özünüdərketmə və qiymətləndirmə qabiliyyətini inkişaf etdirirsə, uşaqlarını oxu müddətində ortaya çıxan bütün vəzifələri tapmaq və həll etmək üçün səy göstərməyə təşviq etməkdə doğru yoldadır. Oxu prosesində uşaqlarda özünəinam hissi inkişaf etdirmək üçün valideynlərin ata biləcəyi ilk addımlardan bəziləri:

 

•Oxumağın faydalı bir fəaliyyət kimi vacibliyini və dəyərini vurğulamaq;


•Oxumaq üçün müsbət bir atmosfer yaratmaq;


•Oxumaq ehtiyacını təşviq etmək;


•Bir uşağa oxucu kimi özünə inamı inkişaf etdirməyə kömək etmək.