Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-21 13:50:00
Məktəbdənkənar təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilib

Məktəbdənkənar təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş bir sıra tədbirlər keçirilib .

 

AzEdu.az xəbər verir ki , uşaq - gənclər inkişaf mərkəzlərində ədəbi - bədii kompozisiyalar , " dəyirmi masa " lar , " açıq dərs " lər keçirilib , əl işləri və rəsmlərdən ibarət sərgilər təşkil olunub.

 

Tədbirlər zamanı uşaqların ifasında vətənpərvərlik mövzularında şeirlər səslənib , şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub .

 

Uşaq - gənclər idman - şahmat məktəblərində və idman liseylərində ildönümü ilə bağlı məktəblilər arasında müxtəlif idman növləri üzrə yarışlar və birinciliklər keçirilib .

 

Qeyd olunan tədbirlərə 1000 - dən çox iştirakçı qoşulub .