Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-20 15:23:00
BŞTİ kollektivi və paytaxtın təhsil işçiləri Şəhidlər xiyabanını ziyarət edib

Yanvarın 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)  kollektivi və paytaxtın təhsil işçiləri 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

 

AzEdu.az xəbər verir ki, BŞTİ rəhbərliyi və paytaxtın təhsil işçiləri Azərbaycanın  müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.


Allah bütün şəhidlərimizə rəhmət eləsin!